2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Testin ləğvi yeni rüşvət imkanları yaratmq üçündür

AXCP sədri Əli Kərimli Facebook səhifəsində test üsulunun ləğvinə hazırlığa münasibət bildirib:

“Milyonlarla kasıb ailənin övladı üçün ali təhsil almağa tək ümid test üsuludur. Bütün dövlət idarələrinin rüşvətə bulaşdığı ölkədə insanın müdaxiləsini minimuma endirən test üsulu hələ də tək çarə olaraq qalır. Razıyam ki, test üsulu heç də ideal deyil, xeyli çatışmazlıqları var. İndi tətbiq edilən testlər analitik və tənqidi düşüncəni deyil, əzbərçiliyi təşviq edir. Onu daha da təkmilləşdirmək olar, hətta lazımdır. Ancaq onu yenə də əli təmiz adamlar edə bilər. 1992-ci ildə olduğu kimi. Hazırkı rüşvətxorların zamanında adını nə qoyursunuzsa qoyun, testi ləğv etmək qoyunu qurda tapşırmaqdan başqa bir şey deyil. Necə izah etməklərindən asılı olmayaraq, ali məktəblərə testdən yan keçməklə qəbula qayıdışın məqsədi yeni rüşvət imkanları yaratmaqdır. Aldanmayaq, biganə olmayaq, hamılıqla etiraz edək!”

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button