2022-11-23 01:51:03
Meksikadan ABŞ-a qeyri-qanuni immiqrasiyanı “işğal” olaraq təyin edən Texas qubernatoru Qreq Abbott sərhəddəki bəzi nöqtələrə 10 M113 tipli zirehli personal daşıyıcısının göndərilməsi əmrini verib. Texas Əyalət Hərbi İdarəsindən verilən açıqlamada, qısa müddətdə milli qvardiya tərəfindən Meksika sərhədinə 10 ədəd M113 tipli zirehli personal daşıyıcısının göndəriləcəyi və bölgədə havadan dəstəklənən təhlükəsizlik əməliyyatlarının artırıldığı açıqlanıb. . Hərbi İdarə sərhəddə qeyri-qanuni miqrasiyanın rekord həddə çatması səbəbindən sərhəd təhlükəsizliyi üçün fövqəladə tədbirlər görməli olduqlarını bildirib. Zirehli texnikaya 50 hərbçinin ayrıldığı bildirilib.
Abbott keçən həftə ştatın Meksika ilə sərhədində “işğal” olduğunu elan edərək, müasir tarixdə ilk dəfə federal hökumətin öz vətəndaşlarını qoruya bilmədiyini, ştatı özünü müdafiə etməyə məcbur etdiyini iddia etdi.
Əsgərlərin döyüş meydanına göndərilməsi üçün istifadə edilən M113 tipli zirehli transportyorlar pulemyot və top kimi silahlarla təchiz oluna bilir. Lakin Texasdakı tankların hansı silahlara sahib olacağı hələlik məlum deyil.
Tərcümə“24 SAAT”