Teymur Kərimov

Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

“24saat.org” xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Teymur Kerimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Teymur Kərimov