2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

'The Last of Us' oyununun Playstation 5 və PC üçün remake versiyası anons edilib (VİDEO)

    Nauhty Dog studiyasının kreativ direktoru Neil Druckmann gecə saatlarında keçirilmiş Summer Game Fest 2022 online tədbir çərçivəsində “The Last of Us” oyununun remake versiyasını anons edib. Oyunun remake versiyası “The Last of Us Part I” adını əldə edib. Remake versiya həm Playstation 5 həm də PC üçün hazırlanır. Lakin PC-dən fərqli olaraq Playstation 5 üçün “The Last of Us Part I” daha tez satışa çıxacaq. Belə ki, “The Last of Us Part I”in Playstation 5 versiyasının satışlarına 2 sentyabr tarixində start veriləcək. Oyunun PC versiyasının nə zaman satışa çıxacağı barəsində məlumat verilməyib. Çox güman ki, bu, gələn il baş verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, “The Last of Us Part I” oyunu “The Last of Us Part II”nin oyun mühərriki əsasında hazırlanır. Buna görə də orijinal oyunun remake versiyasının qrafik özəllikləri və animasiyaları daha yüksək keyfiyyətdə reallaşdırılıb. Bundan əlavə olaraq təqdimat zamanı Neil Druckmann “The Last of Us”ın multiplayer versiyası barəsində yeni məlumatlar verib. Təqdimat zamanı o, bu multiplayer versiyanı əhatə edən ilk konsept art-ı təqdim edib. Onun sözlərinə əsasən “The Last of Us”ın multiplayer versiyası Naughty Dog-un indiyənə kimi hazırladığı ən böyük oyundur.

    Druckmann onu da qeyd edib ki, multiplayer versiyası öz süjet xəttinə və personajlarına sahib olacaq. Hadisələr isə ABŞ-ın digər hissəsində cərəyan edəcəklər. Təqdim edilmiş konsept art-dan belə qənaətə gəlmək olar ki, multiplayer versiyasının süjet xətti San-Fransiskonu əhatə edəcək. Druckmann multiplayer versiyası barəsində daha çox məlumatın gələn il veriləcəyini bildirib. Bununla yanaşı təqdimat çərçivəsində Druckmann digər yeni oyunlar üzərində də çalışdığını təsdiqləyib. Lakin həmin oyunlar barəsində heç bir məlumat verilməyib.

24 saat” “'The Last of Us' oyununun Playstation 5 və PC üçün remake versiyası anons edilib (VİDEO)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button