2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Tibbi müayinədən keçən uşaqlar arasında ən çox aşkar olunan xəstəliklər açıqlanıb

“Tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs orqanlarının xəstəlikləri və qurd invaziyaları (helmintoz) daha çox aşkar olunur”.

“Bizim Yol” xəbər verir ki, bunu “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasının yekunlarına dair keçirilən tədbirdə Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.
Onun sözlərinə görə,  Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilib. Bu ilin 9 ayı ərzində respublikada uşaqların 1 672 556 nəfəri (64,6  faiz) tibbi müayinədən keçib.
N.Quliyev bildirib ki, uşaqlarda daha çox rast gəlindən tənəffüs orqanlarının xəstəlikləri və qurd invaziyaları (helmintoz) əsasən məktəbəqədərdən və məktəbyaşlı uşaqlar arasında özünü büruzə verir: “Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki onlar gigiyenik tələblərə lazımi dərəcədə riayət etmir. Lakin tənəffüs orqanlarının xəstəlikləri kiçikyaşlı uşaqlarda daha çox rast gəlinir. Bu da uşaq orqanizminin anatomik və fizioloji xüsusiyyətləri ilə izah olunur. Uşaqlar arasında digər somatik və yoluxucu xəstəliklər də müşahidə olunur”.
Baş pediatr onu da bildirib ki, hazırda Azərbaycanda 0-18 yaşlıların sayı 2 588 959 nəfərdir: “Bu ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6  faiz) tibbi müayinədən keçib. Onlardan 87 288 nəfəri (5,2 faiz) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6 faiz) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9 faiz) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button