2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Tibbi sığorta ilə bağlı pilot layihədə 5-6 min manat maaş alan həkimlər var”

İcbari tibbi sığorta ilə bağlı ödənişlər müəyyənləşdi

“Hazırda icbari tibbi sığorta ilə bağlı pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alır. Orta tibb işçilərinin də əməkhaqqında artım olub”.

Bunu Milli Məclisin iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu bölgədə (Mingəçevir, Yevlax, Ağdaş) əməliyyatların sayı 52 faiz artıb: “Pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər olub və bu regionlarda ölüm hallarının sayı azalıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Pilot dövründə müsbət nəticələr əldə olunduğunu deyən agentlik rəhbəri həkim və tibb bacılarının əməkhaqlarına dəyişiklik edildiyini də bildirib.

İclasda “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta üzrə sığorta haqları ilə bağlı maddə əlavə edilib.

Layihəyə əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilib:

Xidmətlər zərfinin baza hissəsi üzrə – təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

Xidmətlər zərfinin əlavə hissəsi üzrə:

– sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

– sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;

İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda – Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabiliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.

Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkə ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat,

Enerji içkilərinə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə

– verilən hər bir aksiz markasına görə 0,1 manat;

– Tütün məmulatlarına aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,05 manat;

– Alkoqollu içkilərə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;

– Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalı üzrə ödənilən təqvim haqqının 50 faizi;

– “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi məsələsi də təklif edilib.

İcbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

Təklif edilən dəyişikliklər layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Ötən həftə prezident İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yaradılması haqqında fərman imzalayıb.

TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button