2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Tikinti materialları 2 faiz bahalaşıb

33CBF58A-5BAF-4CF9-931B-83AE8B38D2CF_w640_r1_sMart ayında Bakıda tikinti materialları 2 faiz bahalaşıb. «Turan»ın xəbərinə görə, bahalaşma yalnız tikinti armaturlarının qiyməti ilə bağlı olub.

Ötən ay tikinti armaturunun qiyməti ayrılıqda 500-dən 550 manata yüksəlib. 2 faizlik ümumi bahalaşma bunun hesabına baş verib. Qalan tikinti materiallarının qiyməti dəyişməyib.

Agentlik qeyd edir ki, fevralda tikinti materialları 8.5 faiz ucuzlaşıb, yanvarda sabit qalıb. Ötən ilin dekabrında isə qiymətlərin 19 faizdən çox bahalaşdığı deyilirdi. Bu, 2015-ci ildə ən ciddi bahalanma idi.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertlərin fikrincə, tikinti materiallarının qiymət dinamikası bazarda sabitlik olduğunu göstərir. Bazarda mövsümi canlanma gözləmək olar. Ancaq iqtisadi göstəricilər pisləşdiyi üçün ciddi qiymət artımı proqnozlaşdırılmır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button