2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

TikTok-a qoyulan qadağa aradan qaldırılıb, ya yox?

Azərbaycanda TikTok sosial şəbəkəsinə qoyulan qadağanın aradan qaldırıldığı barədə məlumar yayılıb.  

Bəzi saytlar artıq ölkə ərazisində şəbəkəyə sərbəst giriş mümkün olduğunu bildiriblər.

Maraqlıdır ki, gündüz saatlarında TikToka girişdə həqiqətən də heç bir məhdudiyyət olmasa da, sonradan yenidən TikToka daxil olmaq mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda sözügedən şəbəkəyə giriş müvəqqəti olaraq bağlıdır: “Məlum olduğu kimi, TikTok sosial şəbəkəsinə ölkə ərazisində müraciət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq”.

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı. (Qafqazinfo)

24 saat” “TikTok-a qoyulan qadağa aradan qaldırılıb, ya yox?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button