2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

TikTok daxilində mini oyunlar oynamaq mümkün olacaq: Oyunların testlərinə artıq start verilib

    TikTok öz yeni funksiyalarının testinə start verib. Start verilmiş test müddəti ərzində Vyetnamdan olan istifadəçilər TikTok daxilində oyunlar oynaya biləcəklər. Bu barədə xəbəri Reuters saytı xəbər verib. İşə salınacaq oyunlar vasitəsilə TikTok öz növbəsində reklamlardan olacaq gəlirlərini və istifadəçilərin servisdə keçirdikləri zamanı yüksəldəcək. Qeyd etmək lazımdır ki, TikTok artıq aylıq 1 milyard aktiv istifadəçi kütləsinə sahibdir. Vyetnam sosial şəbəkələrin yeni funksiyalarını test etmək üçün əla regiondur. Belə ki, Vyetnam əhalisinin 70%-nin yaşı 35-dən aşağıdır və üstəlik əhalinin böyük hissəsinin texniki savadlılıq səviyyəsi çox yüksəkdir. Buna görə də təkcə TikTok deyil, həmçinin Facebook Youtube kimi servislər də öz yeni funksiyalarını Vyetnamda test edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    TikTok təmsilçisi təsdiqləyib ki, onlar öz platformalarında HTML5 formatlı mini oyunların test edilməsinə başlayıblar. Bu cür imkan Zynga kimi məşhur studiyaların tərtibatçıları ilə birgə səy nəticəsində reallaşdırılıb. Lakin bəzi məlumatlara əsasən yaxın gələcəkdə TikTok daxilində həmçinin ByteDance (TikTok-un sahibi) şirkəti tərəfindən hazırlanacaq oyunlar da istifadəyə veriləcək. İlk mərhələlərdə istifadəçilər sadə mexanikaya sahib mini oyunlardan istifadə edə biləcəklər. Lakin buna baxmayaraq şirkətin bu məsələ ilə bağlı planları daha genişmiqyaslıdır. Məlumatda qeyd edilib ki, TikTok daxilində olacaq mini oyunlarda reklamlar reallaşdırılacaq və həmin reklamlardan əldə ediləcək gəlir TikTok ilə oyun tərtibatçıları arasında bölüşdürüləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button