Bizim tərcüməDünya

TikTok qadağası Avropa Birliyində genişlənir! Sizdən proqramı silmək istəniləcək

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Avropa İttifaqı (Aİ) qurumlarının, AB Komissiyasının Çin sosial media platforması TikTok-u işçilərinin təhlükəsizliyi ilə bağlı narahatlığı səbəbiylə qadağan etməsindən sonra Avropa Şurası oxşar qərar qəbul edib.

Aİ Şurasının rəsmiləri TikTok tətbiqini korporativ cihazlardan silməyə başlayacaqlarını bildirdilər. Həmçinin bildirilib ki, Avropa Şurası işçilərdən korporativ şəbəkələrə qoşulduqları tətbiqi şəxsi cihazlarından silməyi xahiş edəcək. Şuranın digər Aİ qurumları ilə sıx əməkdaşlıq edərək kibertəhlükəsizlik tədbirlərini aktuallaşdırmağa davam edəcəyi vurğulanıb.

Saytların yığılması Saytlarin yigilmasi

İlk olaraq Aİ Komissiyası Aİ qurumlarından TikTok tətbiqini işçilərinin şəxsi və korporativ telefonlarından silməyi xahiş edib. Avropa Parlamentinin də analoji tədbir görəcəyi gözlənilir.

Çin texnologiya firmasına məxsus TikTok bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur. ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda TikTok-dan istifadə qadağan edilib. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button