2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘TikTok’-un Azərbaycanda yayımlanması müvəqqəti dayandırılır

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) sentyabrın 14-də axşam saatlarında məlumat yayıb

Saytların yığılması Saytlarin yigilmasi

“TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) sentyabrın 14-də axşam saatlarında məlumat yayıb.

DTX-nın qeyd etməsinə görə, hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda Azərbaycan ordusunun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır:

“Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.”

Son günlər Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib.

Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu açıqlanıb.Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button