2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tillerson nəhayət iranlı həmkarıyla danışacağını deyir

ABŞ dövlət katibi Rex Tillerson deyir ki, sonucda, “düzgün vaxtda” iranlı həmkarı Mohammad Javad Zarif-lə danışacaq, ancaq hazırda belə bir planı yoxdur.

Tillerson bunu mayın 20-də prezident Donald Trump-ın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax:​ Genosiddə suçlanır, Trump-la sammitə qatılacaq

Elə həmin gün İranda mötədil prezident Hassan Rohani-nin yenidən bu posta seçildiyi, sərt xətt tərəfdarı olan opponentini böyük səs fərqiylə məğlub etdiyi açıqlanıb.

Bu, qərblə iqtisadi və diplomatik buzların əriməsi prosesinin davam edəcəyi deməkdir.

Tillerson deyib ki, Trump-ın Səudiyyə Ərəbistanına səfərinin əsas elementi İranın regiona yaratdığı hədələri məhdudlaşdırmaqdır.

Buna da bax:​ ABŞ Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ-ın müttəfiqi olan, sünni Səudiyyə şiə İranıyla regionda nüfuz savaşı aparır.

Mayın 20-də Tillerson Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir ilə birgə mətbuat konfransında çıxış edib. O, İranı nüvə ambisiyaları, Yəmən, İraq və Suriyada əcnəbi döyüşçüləri dəstəklədiyinə görə tənqid edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button