2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tillerson Putinlə yeməyə böyük qaşıqla otursun”

«Newsweek» dərgisində Rusiya üzrə tədqiqatçı Leon Aron Rusiya-ABŞ münasibətlərindən yazır. Müəllif bal ayının, adətən, toydan sonra gəldiyini, amma Donald Tramp administrasiyasının burda da ənənələri dəyişdiyini vurğulayır.

HAKİMİYYƏTİN AÇARI

Saytların yığılması Saytlarin yigilmasi

«Rusiyayla diplomatik bal ayı toydan əvvələ düşdü: qarşılıqlı maraq doğuran əsas məsələlərlə bağlı rəsmi və qeyri-rəsmi razılaşmalar dilə gətirildi. Rusiyanın ABŞ-a kiberhücumlarının kölgəsində baş verən bu bal ayı sona çatdı. Suriyada hava bazasına ABŞ-ın endirdiyi raket zərbələri, hələlik, ən güclü təsirini ABŞ-Rusiya münasibətlərinə göstərib», – yazan müəllif həmin təsiri Putin-in öz ölkəsində oynadığı siyasi kartlarla bağlayır. Xarici liderlərə nə deməsindən asılı olmayaraq, Putin vətəndaşlarına söyləyirdi ki, niyyəti İŞİD silahlı qruplaşmasıyla mübarizə deyil, «Suriyada qanuni hökumətin bərpasıdır».

«Vətənini ABŞ/NATO-nun iddia olunan müdaxiləsindən qorumaq, xaricdə parlaq qələbələr qazanmaq onun hakimiyyətinin legitimliyini qorumağın açarıdır. Bu, iqtisadi geriləmə, gəlirlərin kəskin azalması, rəsmi korrupsiyanın genişlənməsi fonunda baş verir. Putin-in 2015-ci il oktyabrın 21-də Kremldə Bəşər Əsədin əlini sıxması həmin öhdəliyimi möhürləmiş oldu», –məqalədə deyilir.

PUTIN ƏSƏDDƏN ƏLİNİ ÇƏKƏN DEYİL

Müəllif Əsəddən əl çəkməyin Putinə sərf etmədiyini, Əsədin devrilməsinin ölkə içində siyasi bədəlinin böyük olduğunu yazır. Axı, milyonlarla rusiyalı artıq ABŞ-la müharibənin getdiyinə inanır.

«… Putin ölkəiçi siyasi bədəl çəkilməyəcək həddə artanadək Əsədi müdafiə edəcək: ya itkilər o qədər arta bilər ki, Rusiya ictimaiyyəti daha buna dözə bilməz, ya da iqtisadi və siyasi təcrid dərinləşə bilər. Hər iki halda ABŞ-ın qətiyyəti və Qərbin həmrəyliyi gərəkdir…

ABŞ və Rusiyanın hədəfləri arasındakı böyük fərqlərə baxmayaraq, dövlət katibi Con Kerri başını elə hey divara vuraraq, «əməkdaşlıq»da israr edirdi. Onda təklif etmişdim ki, ABŞ Suriyada Rusiyayla birgə şam yeməyinə çox uzun qaşıq götürsün, onunla necə yeməyi öyrənsin. Bu gün həmin qaşıq bir az da uzanıb», – müəllif yazır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button