2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tillersonla Poroşenko arasında telefon danışığı olub

ABŞ-ın dövlət katibi Reks Tillersonla Ukrayna Prezidenti Petr Poroşenko arasında telefon danışığı olub.
Bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
Xəbərdə bildirilir ki, tərəflər ABŞ-ın dövlət katibinin aprelin 11-i və 12-də Moskvaya səfəri zamanı Rusiya rəhbərliyinə çatdırdığı ideyaları müzakirə ediblər.
“Dövlət katibi Ukraynada korrupsiya ilə mübarizədə davam edən islahatların inkişafını vurğulayıb” – deyə xəbərdə bildirilir.
Siyasətçilər həmçinin Donbasda avtomobilin partladılması nəticəsində ATƏT-in monitorinq missiyasının üzvü olmuş ABŞ vətəndaşının həlak olmasını müzakirə ediblər. Tillerson və Poroşenko Ukraynanın şərqində sülhün əldə edilməsi üçün Minsk razılaşmasının həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.
Bundan əlavə, Tillerson Ukrayna prezidentini əmin edib ki, Rusiya Krım yarımadasına nəzarəti Ukraynaya qaytarmayınca və Minsk razılaşmasını yerinə yetirməyincə, bu ölkə əleyhinə sanksiyalar qüvvədə qalacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button