ÖLKƏ

Tofiq Qasımov vəfat edib

Azərbaycanın keçmiş XİN rəhbəri, İsveçrənin Lutsern şəhərində siyasi mühacirətdə olan Tofiq Qasımov 82 yaşında vəfat edib.

Tofiq Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. 1989-cu ildə Xalq Cəbhəsinin yaradıcılarından biri olub, təşkilatın İdarə Heyətinin üzvü olub. 1992-93-cü illərdə T.Qasımov Xalq Cəbhəsi hökumətində Xarici İşlər Nazirliyinin rəhbəri postunu tutub.

1995-ci ilin sentyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin işi üzrə dövlət çevrilişinə cəhdə çağırış ittihamı ilə həbs olunub. 1996-cı il fevralın 22-də beynəlxalq təzyiq altında azadlığa buraxılıb. Sonradan Azərbaycanı tərk edib və İsveçrədə siyasi sığınacaq alıb.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close