24saat.org Tofiq Yaqublu : “Aksiya növbəli qaydada davam edir” - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Tofiq Yaqublu : “Aksiya növbəli qaydada davam edir”


«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə yanvarın 2-dən başlanan aksiyasının Müsavat Partiyasının qərargahında növbəli qaydada davam etdirildiyi bildirilir.

Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, aksiyaya yeni fəallardan Şamil Nəsirli adlı şəxs də qouşlub. Tofiq Yaqublunun sözlərinə görə, hazırda aksiyanı ondan başqa 6 nəfər davam etdirir: “Bunlar aksiyaya yanvarın 6-dan başlamış Elşad İsrafilli, Fuad Rəhimli, Rövşən Niftalızadədir. Habelə yanvarın 9-dan Natiq İsrafil və 11-dən Sənubər Heydərova aclığa başlayıb. Sonuncu qoşulan isə qeyd etdiyim kimi Şamil Nəsirlidir”

Müsavat Partiyası divanın üzvü özü isə yanvarın 4-dən aclıq aksiyasına başladığnı açıqlayıb.

Tofiq Yaqublu vurğulayıb ki, aksiya növbəlik prinspi ilə davam edir və səhhəti kəskin ağırlaşanlar onların təkidi ilə aclığı dayandırırlar.

Hələlik bu aksiyaya Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Son həftələr bloqqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib. Onlardan icazəsiz piketlərdə saxlananlardan 7-si kütləvi aksiyaların keçirilmə qaydasını pozmaqda günahlandırlaraq 20-25 günlük inzibati qaydada həbs ediliblər, daha bir neçə şəxs isə cərimə edilib.

Bloqqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.

Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.

Yanvarın 8-də bloqqerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri də bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.

Amma vəkil Şəhla Hümbətova bloqqerlə yanvarın 10-da yenidən görüşüb və belə bir açıqlama verib: “O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam etdirmək niyyətindədər”.

az24saat.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.