2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tofiq Yaqublu məhkəmə zalında aksiya keçirib

İyunun 21-də Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə iclası təxirə salınıb. 

İclasda hakimlərdən birinin – Azər Tağıyevin xəstəliyi səbəbindən məhkəmənin baş tutmayacağı və prosesin iyulun 28-də davam etdiriləcəyi elan edilib.

Xatırladaq ki, məhkəmənin bundan əvvəlki iclasında Yaqublu siyasi məhbuslara qarşı proseslərdə iştirak edən və adı ABŞ Konqresinin sanksiyalar siyahısında olan Azər Tağıyevə etiraz edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün Yaqublu ingilis dilində “Putin Navalnını öldürdüyü kimi, İlham Əliyev də həbsxanada məni öldürmək istəyir” yazısı olan plakat qaldırıb. 

Yaqublunu dəstəkləmək üçün gələn 100-ə yaxın müxalifətçi məhkəmə binasının qarşısında toplaşıb. Polis onları sıxışdıraraq, yolun digər tərəfindəki bağa tərəf uzaqlaşdırıb. Bu zaman fəal Cəmil Hacıyev saxlanılıb.

Xatırladaq ki, Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də dələduzluq, saxtakarlıq, qanunsuz olaraq rəsmi sənədlərin hazırlanması və saxta sənədlərdən istifadə ittihamı ilə həbs olunub.

Yaqublu ittihamları uydurma adlandırıb. Siyasətçi əvvəllər də dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button