2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tofiq Yaqublu: “Məni anamın il mərasiminə də buraxmadılar, hardadır onlarda qanacaq?”

Yayımlandı: 26 Oktyabr 2022 23:13

Ali Məhkəmə də qərarı dəyişməyib

Oktyabrın 26-da Ali Məhkəmədə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsilə bağlı kassasiya şikayətinə baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Tofiq Yaqublu hələ 2021-ci ilin iyulunda – Gürcüstanda yaşayan anasının vəziyyəti ağır olanda ölkədən çıxışına qadağanın müvəqqəti də olsa, aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdi. Siyasi fəal anasının son günlərində onu görmək istəyirdi. O zaman Suraxanı Rayon Məhkəməsi bu müraciətə baxıb qərar verənə qədər anası vəfat etdi. Belə olan halda, Tofiq Yaqublu heç olmasa, hüzr mərasimində iştirak etmək istəyirdi. Lakin Suraxanı Rayon Məhkəməsi onun ərizəsinə rədd cavabı verdi. Bakı Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxladı.

Oktyabrın 26-da Ali Məhkəmədə bu məsələyə baxan Tahir Kazımovun sədrlik etdiyi, Əziz Seyidov və Ələsgər Novruzovdan ibarət hakimlər kollegiyası da həmin qərarı dəyişməkdən imtina edib.

Məhkəmədə çıxış edən Tofiq Yaqublu məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib:

“Bu ölkədə məhkəmə yoxdur, sadəcə, bir ailəyə xidmət edən dəstə var. Siz də sistemin qulusunuz”.

Tofiq Yaqublunun vəkili Aqil Layıc siyasi fəala heç olmasa, anasının məzarını ziyarət edə bilmək üçün şərait yaradılmasını, ölkədən çıxışına imkan verilməsini istəyib.

Ali Məhkəmənin qərarıyla Tofiq Yaqublu bu məsələ ilə bağlı ölkədaxili hüquqi müdafiə vasitələrini tükəndirdi. O bildirib ki, Avropa Məhkəməsinə şikayət edəcək.

“Mən ölkədən çıxışıma icazə verilməsi haqda ərizəni hələ anam sağ olanda vermişdim. Həyatının son günlərində yanında olmağa icazə vermədilər. Anam həyatdan köçdükdə dəfnində iştirak etməyə də icazə vermədilər. Düşünmək olardı ki, azacıq qanacaq göstərib, 40 mərasiminə getməyə qoyarlar, lakin haradadır bunlarda o qanacaq? İlinə də buraxmadılar…”, – Tofiq Yaqublu bildirib.

Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Nizami Rayon Məhkəməsi 2020-ci il sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra Tofiq Yaqublu aclığı dayandırıb. İyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu özünü təqsirli bilmir, kimsəyə xəsarət yetirmədiyini, sifarişlə həbs olunduğunu bildirir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button