Now Reading:
Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən çıxarıldı

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib. 24sat.org xəbər verir ki, o, müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqəli olduğunu təsdiqləsə də, bu barədə açıqlama vermək istəməyib. T.Yaqublu deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır.
Qeyd edək ki, Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan çıxıb, Tofiq Yaqublu isə bu qurumun üzvü olaraq qalır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.