2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tofiq Yaqublu rejimin düşmənçiliyinin qurbanıdır

Anar Məmmədli

Tofiq Yaqublu ilə 1 il 3 ay eyni kolonda həbs müddətim keçib. Bu dövrdə onunla bəzən saatlar, bəzən günlərlə sürən siyasi mübahisələrim olub. Amma heç zaman aramızda inciklik olmayıb. Çünki onun kimi alicənab, mədəni və nəcib insandan incimək mümkün deyil. Dəfələrlə dini fanatiklər, kriminal qruplar və kolonda rəsmi şəxslərlə mübahisələrinin şahidi olmuşam, amma öz mövqeyini kobudluqla, kimisə incidərək müdafiə etdiyinə rast gəlməmişəm. Zorakılıq, aşağılama və xudpəsətlik onun xarakterində yoxdur. Əksinə kəskin mübahisəsi olmuş və ya münasibəti olmayan şəxsin də nəyəsə ehtiyacı olanda dərhal yardımını təklif edib. Dindar deyildi, amma dindarlar sevirdi. Kriminal mentaliteti rədd edirdi, amma kriminal qrupların ona hörməti vardı. Şəhərlisi, kəndlisi, savdlısı və savadsızı ona rəğbət bəsləyirdi. Hər kəs üçün o mərd adam idi.

Saytların yığılması Saytlarin yigilmasi

Tofiq Yaqublu yenə də rejimin düşmənçiliyinin qurbanıdır. Yeganə “qəbahəti” rejimi tənqid etməsi, ölkədə baş verən ictimai pozğunluqlara susqun qalmaması, daha kəskin reaksiya verməsidir.
Əfsus ki, onun kimilər azdır. Çox istərdim ki, ölkəmizdə 10 nəfər Tofiq bəy kimi cəsur demokrat olsun. Amma yoxdur, olanımız azdır və onu qoruyaq. Çünki səhhəti üçün narahatlıq var. Ölkə koronavirusu ilə bağlı karantin dövrünü yaşayarkən, xroniki astmadan əziyyət çəkən insanı antisanitariya qaydaları və qidalanmanın normal olmadığı bir mühitə göndəriblər. Bir yandan da yerli və beynəlxalq etirazların bu dövrdə zəif olacağını ehtimal edirlər. Amma dünya koronavirusa qalib gələndə, siyasi həyat öz axarına qayıdanda etdiyiniz pis əməllərə görə ictimai qınağa məruz qalacağınızı unutmayın.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button