2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tofiq Yaqublunun həbsinə Avropa Şurasından sərt reaksiya – “Dərhal azad edilməlidir”

“Azərbaycan hakimiyyətinin koronavirusdan belə utancverici şəkildə müxalifətin əleyhinə sui-istifadə etməsi məni dəhşətə saldı”

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç və AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqubunun həbsini pisləyən və ona azadlıq tələb edən açıqlama yayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

AŞ İnsan hüquqları üzrə komissarı Miyatoviç hadisəyə özünün Twitter hesabında münasibət bildirib. “Tofiq Yaqublunun şübhəli ittihamlarla saxlanılması və həbsi hökumət tənqidçilərinin təqib edilməsinin davamının daha bir nümunəsidir. Azərbaycan hakimiyyəti ittihamları ləğv etməli, onun dərhal azad olunmasını təmin etməli və sağlamlığının təhlükə altında qalmaması üçün tədbirlər görməlidir ” – deyə o, yazıb.

AŞPA məruzəçiləri isə daha sərt münasibət ifadə ediblər. AŞ PA-nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd edilir ki, məruzəçilər Azərbaycan hökumətinin siyasi repressiyaları əsaslandırmaq üçün koronavirus pandemiyasından istifadə etməsinə qəzəblənib.

Məlumatda daha sonra bildirilir:

“AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri Sunna Evarsdottir (İslandiya, SOC), ser Roger Gale (Birləşmiş Krallıq, EC / DA) və Stefan Şennak (Avstriya, SOC) Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramını təbrik edən çıxışında koronavirus pandemiyasına qarşı tədbir olaraq müxalifətin “təcrid edilməsilə” bağlı fikirlərinə cavab verdi.

Ser Roger Gale “Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasını belə utancverici şəkildə müxalifətin əleyhinə sui-istifadə etməsi məni heyrətləndirdi və dəhşətə saldı” dedi. “İnanmaq çox çətindir ki, hər hansı dövlət başçısı öz hakimiyyətini saxlamaq naminə xalqın sağlamlığı üçün ağır olan vəziyyəti öz hakimiyyətini qorumaq istifadə edir”.

Cənab Şennak “Prezident İlham Əliyevin ölkənin qanuni müxalifətini xain, “beşinci kolon” adlandırması qəti olaraq qeyri-demokratikdir” dedi. “Fövqəladə vəziyyətlərdə debatların baş tutması, informasiyanın ictimaiyyətə yayılması üçün siyasi plüralizmin və ifadə azadlığının tətbiq olunması çox mühümdür”.

Aparıcı müxalif siyasətçi Tofiq Yaqublunun “xuliqanlıq” ittihamı ilə həbs olunmasına cavab olaraq xanım Evarsdottir dedi: “Bu günə qədər eşitdiyim hər şey cənab Yaqubluya qarşı işin uydurma olduğunu və onun bir daha siyasi məhbus edildiyini göstərir. Çox aydın görünür ki, Azərbaycan hökuməti razılaşdırılmış siyasi repressiyaların növbəti mərhələsini həyata keçirir. Bu, ölkənin gələcəkdə Avropa Şurasında qalması üçün yaxşı olmazdı”.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button