24 saat en son xeberler - Xeberler platformasi

Manşet

“Tofiq Yaqubluya qarşı edilənlər təxribat deyil, siyasi sifarişdir”

Azər Qasımlı: “Bu kimi yanaşmalar cib müxalifəti, cib mediası, cib sivil toplumu və hakimiyyət trollarının ritorikasıdır”
“Tofiq Yaqubluya qarşı edilənlər təxribat deyil, siyasi sifarişdir”.
Bunu siyasətçi Azər Qasımlı sosial mediadakı hesabında yazıb.
“”Brüssel öncəsi prezidentə qarşı təxribat”, “hakimiyyət məsələni araşdırıb günahkarları cəzalandırmalıdır”, “matəm  günü mitinq etmək xalqa qarşı hörmətsizlikdir” və bu kimi yanaşmalar cib müxalifəti, cib mediası, cib sivil toplumu və hər şeyi olduğu kimi deməyə özündə cəsarət tapa bilməyən şəxslərin və hakimiyyət trollarının ritorikasıdır”, – deyə o bildirib.
Azər Qasımlı
Onun sözlərinə görə, hakimiyyət bu məsələdə heç kəsi cəzalandırmayacaq: “Hakimiyyət nəyi araşdıracaq, kimləri cəzalandıracaq? “Mənə xaricdən dəfələrlə deyiblər ki, mitinqlərdə iştirak edənlərə qarşı şiddətə yol verənləri cəzalandırmaq lazımdır. Biz isə bir dəfə də olsun bir nəfər polisi belə cəzalandırmamışıq. Bundan sonra da belə olacaq” deyən İlham Əliyev nəyisə araşdırası və kimisə cəzalandırası deyil”.
Qasımlı statusunda Prezidentin polisləri cəzalandırmayacağına dair polislərə verdiyi sözü (videonu) da paylaşıb.
“Öz xarici siyasətində Rusiyanı əsas siyasi vektor hesab edən, Avropa Birliyi ilə hər hansı sənədi imzalamağa tələsməyən, ÜTT-yə üzv olmaq istəməyən hakimiyyət Qərbdən hazırda heç bir təzyiqin olmadığı bir dönəmdə Brüssel görüşünə görə hərəkət edəsi deyil”.
“Tofiq Yaqubluya qarşı edilənlər – hakimiyyətin mahiyyətini əks etdirir və buna da təəcüblənmək lazım deyil. Konstitusiyanı açıb baxsanız bir nəfərin icazəsi və sərəncamı olmadan ölkəmizdə quşun belə uça bilməyəcəyini görəcəksiniz”, – Azər Qasımlı belə deyib.
O qeyd edib ki, Tofiq Yaqublunun indiki halı – siyasi hakimiyyətin məhz müxalif siyasətçilərə verilən ən açıq mesajıdır: oyun qaydasından kənar hər hansı hərəkət, mitinqlərdə iştirak etmək, xalqın qabağında getmək olmaz! Azərbaycanda müxalif liderləri yalnız 100 minlər qoruya bilər!

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button