2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tofiq Yaqubluya qarşı iittihamlar saxtadır, məqsədi onu susdurmaqdır

“Azərbaycan höküməti Tofiq Yaqublu və saxta ittihamlarla həbs olunan bütün digər insanları azad etməlidir”

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsilə bağlı bəyanatında Azərbaycan hakimiyyətini onu azad etməyə çağırıb. Qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, Tofiq Yaqubluya qarşı irəli sürlən ittihamlar saxtadır və bunun məqsədi onu susdurmaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Amerikanın Səsi: Tanınmış müxalifət lideri və hökümət tənqidçisi Tofiq Yaqublu xuliqanlıq ittihamı ilə həbs olunub. Onun həbsinə ilkin rekasiyanız nədir?

Giorgi Gogia: Azərbaycan höküməti uzun zamandır uydurma ittihamlara əl atır. Buna hökümət tənqidçilərinə qarşı xuliqanlıq ittihamları daxildir. Mənim hətta məsələni tam araşdırmadan belə ilkin düşüncəm bunun müxalifətə, höküməti tənqid edənlərə qarşı növbəti saxta ittihamlar olduğu və bunun məqsədinin onları susdurmaq olduğu idi. Amma məsələ ilə daha yaxından maraqlanandan sonra mənim şübhələrim təsdiqləndi. Bu sözdə “qəzanı”, onun nə zaman və neçə baş verdiyini, polisin onun həbs etməsini, prosesual təminatların verilməməsini – qeyd edim ki, ona vəkil verilməyib, amma bu məcburidir – bütün bu şəraitləri nəzərə aldıqda mənim şübhələrim gücləndi və bunlar mənə bunun hökümətin öz tənqidçilərini susdurmaq üçün saxta ittihamlar olduğunu düşünməyə əsas verdi.

Amerikanın Səsi: Hazırkı pandemiyanı və ölkə başçısı İlham Əliyevin bir neçə gün öncə Novruz təbriki mesajında koronavirusa qarşı mübarizədə fövqəladə halın elan oluna biləcəyinə və belə bir halda müxalifət nümayəndələrinin təcrid edilə biləcəyinə işarə etdiyini nəzər aldıqda, sizcə nə üçün Tofiq Yaqublu məhz indi həbs olundu? Başqa həbslər də gözlənilirmi?

Giorgi Gogia: Onun çıxışının spesifik vaxtı və daha sonra baş verənlər çox narahatlıq doğurur. Adətən biz prezident aparatı və hökümət rəsmiləri tərəfindən müxalifət barədə təhqiramiz ifadələr eşitməyə öyrəşmişik. Amma bu cür çıxışlar sürpriz olmasa da, onun çıxışının tonu və məzmunu sürpriz oldu. O, çox açıq şəkildə virusa qarşı mübarizədən ölkədəki müxalifəti təqib etmək üçün istifadə edəcəyinə işarə etdi, onları “beşinci kolon” adlandırdı və “onları zibil qutusuna atmağın vaxtı gəldiyinə” işarə etdi. Onun çıxışında istifadə etdiyi bütün sözlər, cümlələr, əlavə məna çalarları təlaş doğururdu. Tofiq Yaqublunun həmin çıxışdan bir neçə gün sonra, Azərbaycan xalqı hələ də Novruz bayramını qeyd edərkən həbs olunması belə təlaşa əsas verir ki, Azərbaycan pandemiyaya qarşı mübarizədən höküməti tənqid edənləri təqib etmək məqsədilə istifadə edir.

Amerikanın Səsi: Azərbaycanda 100-dən çox siyasi məhbus var. Sizcə beynəlxalq icmtiayiyət onların azadlığa buraxılması üçün nə etməlidir?

Giorgi Gogia: Sözsüz ki, Azərbaycan höküməti Tofiq Yaqublu və saxta ittihamlarla həbs olunan bütün digər insanları azad etməlidir. Hazırda bütün diqqətini koronavirusla mübarizəyə yönəldən beynəlxalq ictimaiyyət Azərbaycanda bu mübarizədən alət kimi istifadə olunmasını nəzərdən qaçırmamalıdır və höküməti Azərbaycanda haqsız yerə həbs olunanları azadlığa buraxmağa çağırmalıdır. Bundan əlavə Tofiq Yaqublunun həbsi Avropa Şurasının işgəncə qurumunun tövsiyələrinin pozulmasıdır. Qurum koronavirusa qarşı mübarizə çərçivəsində həbsin ən son vasitə olmasını və əsaslandırılmasını, rəsmilərin həbsə alternativ yollara üz tutmasını tövsiyə edib.

Tofiq Yaqublunun istintaq aparıldığı müddətdə üç ay ərzində həbsdə qalmasına heç bir əsas yoxdur. Bu da öz növbəsində onun həbsinin müxalif fəal, hökümət tənqidçisinə qarşı qisas aktı olduğuna dair şübhələri gücləndirir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button