2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tofiq Zülfüqarov: “Azərbaycan Laçını nəzarətə götürməkdə haqlıdır”

Bakı/16.08.21  Azərbaycan prezidentinin CNN Turk-ə müsahibəsində Rusiya sülhməramlılarının ünvanına səsləndirdiyi tənqid əsaslıdır. Bu fikri Turan agentliyinə ölkənin keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Əliyev Rusiya sülhməramlıalrının ünvanına əvvəllər də tənqid səsləndirib, ancaq  bu dəfə daha sərt olub, Zülfüqarov belə hesab edir.

O xatırladıb ki, ənənəvi beynəlxalq əməliyyatlardan fərqli olaraq, Qarabağda sülhməramlıların onların fəaliyyətini tənzimləyən mandatı yoxdur. Bu, müharibənin başa çatması üçün təcili qərarların zəruriliyilə bağlı idi.

Saytların yığılması Saytlarin yigilmasi

Sülhün qorunması üzrə əməliyyatlar iki növ olur: təhlükəsizlik tədbirlərinin təmin edilməsi üzrə və onlar qəbul edən tərəfin suverenliyinə tam hörmətlə həyata keçirilir və Birləşmiş Millətlər  Təşkilatının qərarı ilə həyata keçirilən və suverenliyin məhdudlaşdırılmasına imkan verən “sülhə məcburetmə” əməliyyatları da var.

Rusiya sülhməramlılarının missiyası birinci növə aiddir və bu missiya Azərbaycan ərazisində keçirilir və bu, Rusiya da daxil olmaqla heç kim tərəfindən şübhə altına alınmır. Bununla da Bakı beynəlxalq hüquqa uyğun olaraq öz ərazisinə Laçın vasitəsilə giriş-çıxışa nəzarət tələb edir.

“Laçın dəhlizində Azərbaycan və Rusiya hərbçilərinin birgə nəzarəti olmalıdır. Rusiya sülhməramlıları təhlükəsizliyi təmin etməlidirlər, Azərbaycan tərəfi isə ölkəyə gələn  yüklərə də nəzarət etməlidir.

Dəhliz humanitar olduğu üçün hərbi təyinatlı yüklər, xüsusən də hərbi qulluqçular bu dəhliz vasitəsilə daşına bilməz. Əcnəbilərin girişi Azərbaycanın rəsmi sərhəd prosedurlarına uyğun olaraq həyata keçirilməlidir.

Sərhəddi keçmə ilə bağlı xüsusi qayda Azərbaycan ərazisində yaşayan erməni millətindən olan şəxslər üçün müvəqqəti olaraq fəaliyyət göstərə bilər”, – Zülfüqarov qeyd edib.

Əgər Bakının tələbləri nəzərə alınmasa, Azərbaycan birgə bəyanatdan çıxa bilərmi?

Zülfüqarov bu sualın cavabında bildirib ki, əgər Ermənistan bəyanatın bəndlərinə əməl etmirsə, hərbçilərini Qarabağdan tam çıxarmaqdan imtina edirsə və Zəngəzur dəhlizinin açılmasına razılıq vermirsə, Azərbaycan da özünü öhdəliklərdən azad hesab edə bilər.

Zülfüqarovun sözlərinə görə, Azərbaycan öhdəlikləri pozmur və Rusiya sülhməramlılarının erməni sakinlərin təhlükəsizliyini təmin etməsi üzrə fəaliyyəti həyata keçirməsinə mane olmur.

Hazırda Qarabağın depopulyasiyası baş verir və son bir ay ərzində regionu beş min nəfərdən çox adam tərk edib.

Diplomat hesab edir ki, erməni hərbçilərin Qarabağa köçürülməsi məhz regionun depopulyasiyası ilə bağlıdır.

Son vaxtlar Ermənistanın mövqeyinin sərtləşməsi və Azərbaycan mövqelərinin atəşə tutulması nə ilə əlaqədardır?

Zülfüqarov bu sualın cavabında deyib ki, sülh müqaviləsi mütləq tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutur. Yerevan buna hazır deyil və hər vəchlə Qarabağın özünütəyinetmə  tezisini canlandırmağa çalışır.

İndiki vəziyyətdə ATƏT-in Minsk Qrupu hansısa rol oynaya bilərmi?

Zülfüqarovun fikrincə, Minsk Qrupunun gələcək taleyi Azərbaycandan asılıdır. Vaxtilə Bakı münaqişənin həllində vasitəçilik barədə xahiş etmişdi. Ancaq bu, nəticə vermədi və Azərbaycan özü münaqişəni həll etdi.

Yeni müharibə ehtimalı varmı sualına diplomat müsbət cavab verib. Əgər Yerevan bundan sonra da sülh müqaviləsinin imzalanmasından, nəqliyyat kommunikasiyalarının bərpasından, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasından, sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən boyun qaçırarsa və təcavüzkar hərəkətləri davam etdirərsə, təhlükəsizliyə təhdid yaradarsa, Bakı buna adekvat reaksiya verməkdə haqlı olacaq.–06B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button