2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Tofiq Zülfüqarov: “Bu qətlin sifarişçiləri səhnə arxasında qalacaq”

24saat.org sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.

– Dünən axşam saatlarında Ankarada Ankarada Rusiya səfiri Andrey Karlovun terror nəticəsində öldürülməsini necə qoymətləndirirsiniz?

-Səfirin öldürülməsi çox pis hadisədir. Hamı tərəfindən qəbul edilən qanun var ki, səfirlər öz dövlətini təmsil edirlər. Təbii ki, səfirlərə qarşı terror aktları dünyada pislənilir. Hər bir səfirin və səfirlik əməkdaşının vəzifəsi ondan ibarətdir ki, iki dövləti bir-birinə yaxınlaşdırsın, əlaqələr yaratsın.Bu olay xoşagəlməz hadisədir. Hesab edirəm ki, bunu edənlər layiqli cəzasını almalıdır. Türkiyə diplomatları da vaxtı ilə terrordan əziyyət çəkiblər. Türkiyənin xaricdə fəaliyyət göstərən altmışa yaxın diplomatı və onların ailə üzvləri öldürülüb. Bu baxımdan Türkiyədə belə bir hadisənin baş verməsi Azərbaycanda da narahatçılıq doğurur. Təbii ki, biz bu halı pisləyirik.

Saytların yığılması Saytlarin yigilmasi

– Sizcə, bu terror hadisəsidir, yoxsa daha böyük bir siyasi proyektə start verilməsidir?

– İndi “səfirin öldürülməsi kimi xeyrinədir” sualı çox səslənir. Bu baxımdan müxtəlif fikir səslənir. Siyasi baxışlardan asılı olaraq bu və ya digər qüvvələr günahkar belə bilinirlər. Mən onun tərəfdarıyam ki, səbr edib istintaqın hansı nəticələrə gətirib çıxaracağını gözləmək lazımdır. Amma bütün hallarda bu Türkiyəyə qarşı addımdır. Bu terror aktı Türkiyədə baş verib. Əsas məqsəd o olub ki, Türkiyə-Rusiya əlaqələrinə bu və ya digər şəkildə ziyan gətirilsin. İlkin təəssürat bundan ibarətdir. Birincisi, bu hadisə Rusiyaya qarşıdır. İkincisi, hadisə Türkiyədə baş verdiyinə görə Rusiya-Türkiyə əlaqələrini pozmaq məqsədi ilə edilib. Bu məqamdan başlayaraq daha çox fikirlər demək olar. Amma daha yaxşı olardı ki, istintaqın nəticələrini gözləyək.

– İndiki mərhələdə Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi daha çox kimə sərf edir?

– Müxtəlif qüvvələr var. Onların spekulyasiyasını aparmaq doğru olmaz. Bir şeyi qəbul etməliyik ki, Yaxın Şərqdə, ümumiyyətlə bizim bölgədə qəbul edilməyən hadisələr baş verir, müxtəlif bəyanatlar səslənir. Ancaq real siyasət verilən bəyanatlardan uzaqdır. Mən cəsarət tapıb kimisə günahlandırmaq istəməzdim. Amma təbii ki, Rusiya-Türkiyə əlaqələrinin inkişafının böyük potensialı var. Bu iki ölkənin əməkdaşlığı regiona sabitlik gətirə bilər. Müxtəlif qüvvələr də bunu istəmirlər. Onlar bu konfrontasiyanın nəticəsində əldə etdikləri müsbət elementləri qiymətləndirir, istəyirlər ki, bu tendensiya davam etsin. Bəzi qüvvələr istəmirlər ki, bu yaxınlaşma baş versin. Çünki Rusiya-Türkiyə tandemi əmələ gəlsə və bura qoşulan ölkələr elə vəziyyət yaradar ki, bölgədə stabilliyin əsası qoyula bilər. Çox şeylər var. Türkiyəyə, türk dövlətçiliyinə qarşı çıxanlar, eləcədə Rusiya dövlətinə qarşı olanlar var. Bu mənada qüvvələr çoxdur. Ancaq yenə də hesab edirəm ki, əgər Rusiya və Türkiyə siyasətçiləri bu faktdan müəyyən nəticələr çıxarsalar və mən əminəm ki, çıxaracaqlar, bu halda iki dövlətin əlaqələri bir qədər də inkişaf edəcək. Azərbaycanda bu əlaqələrin düzəlməsi üçün əlindən gələni etməlidir.

– Bu hadisənin Suriyadakı proseslərlə əlaqəsi ola bilərmi?

– Təbii ilkin səbəb kimi bəzən deyirlər Suriyada baş verən hadisələr, Rusiya qüvvələrinin dəstəyi nəticəsində Əsəd ordusunun Hələb şəhərini ələ keçirməsi və s. Bu ikinci dərəcəli və üzdə olan məsələdir. Ancaq yenə də deyirəm ki, Rusiya-Türkiyə tandemi bölgədə müəyyən qədər stabillik yarada bilər.

– Hadisədən sonra Rusiya və Türkiyə siyasi rəhbərliyinin açıqlaması oldu. Bu açıqlamanı necə şərh edirsiniz?

– Hadisədən sonra hər iki tərəfin açıqlaması oldu. Mən hesab edirəm ki, indiki mərhələ Rusiya-Türkiyə münasibətlərində bir sınaqdır. Siyasətçilərin mövqe və bəyanatları önəmlidir. Səsləndirilən bəyanatlar onu göstərir ki, tərəflər bu hadisəni törətməkdə əsas məqsədin iki ölkə arasında münasibətləri pisləşdirmək məqsədi daşıdığını qeyd edirlər. Hesab edirəm ki, bu mövqe doğrudur. Fikrimcə, bundan sonrakı mərhələdə əməkdaşlıq güclənəcək.

– Beynəlxalq oyunçuların bu hadisəyə reaksiyasından razı qaldınız?

-Bəli, razı qaldım. Hesab edirəm ki, yüksək səviyyədə reaksiya verilib. Səfirin öldürülməsi bütün hallarda pislənilməlidir. Ancaq bu reaksiyaların ürəkdən verildiyi və ya adət-ənənələrə uyğun olan reaksiyadır? Təbii ki, hər bir bəyanatın təhlili olmalıdır. Ancaq rəsmi olaraq heç kəs bu terror aktını qəbul etmir və pisləyir.

– Çoxları da qeyd edir ki, əslində Rusiya-Türkiyə yaxınlaşmasını qərb dairələri istəmirdi…

– Müxtəlif dairələr var ki, Rusiya-Türkiyə yaxınlaşmasını istəmir. Belə qüvvələr qərbdə də, cənubda da, şərqdə də, şimalda da var. Həm Türkiyənin, həm də Rusiyanın özündə də belə dairələr var ki, yaxınlaşmanı istəmirlər. Hesab edirəm ki, əməkdaşlığın düşmənləri çox olur. Bu baxımdan indiki mərhələdə günahkarın konkret ünvanını göstərə bilmərəm. Amma bu iki dövlətin əlaqələrinin pisləşməsi müxtəlif dairələrin marağındadır.

– Adətən siyasi qətllər açılmır. Sizcə, səfir Karlov cinayəti açılacaq?

– Hesab edirəm ki, bu cinayətin icraçı səviyyəsi açılacaq. Mən konkret səfirin öldürən şəxs, onun atəş açması, silahını nəzərdə tutmuram. Söhbət ondan getmir. Ona təşkilati dəstək və s məsələsi açılacaq. Ancaq bu sifarişi kimlərin verməsinin müəyyən edilməsi çətin məsələdir. Bu mürəkkəb məsələdir, kimsə gəlib etiraf etsin ki, bunu biz sifariş vermişik. Hansısa terror təşkilatı deyəcək ki, bu prosesin arxasında mən dururam. Amma bu cinayət kimin marağında olubsa, o səhnənin arxasında qalacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button