2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Tofiq Zülfüqarov: – “Nazirin Fransaya futbol yarışına getdiyini eşidəndə təəccübləndim”

24saat.org keçmiş xarici işlər naziri, Azərbaycanın ən təcrübəli diplomatlarından olan Tofiq Zülfüqarovla günün aktual mövzularını qiymətləndirib.

– Tofiq müəllim, iyunun 29-da İstanbulun Atatürk hava limanında dəhşətli terror hadisəsi törədildi. Sizcə, bunu kim etdi və məqsəd nə olub?

– Terror pisləniməlidir. Ancaq Atatürk hava limanında baş verən terrorun göstəricisi haqda danışmaq lazımdır. Bu terrorun baş verməsi onu göstərdi ki, Türkiyənin bu və ya digər şəkildə İraq Şam İslam Dövləti (İŞİD) adlı qurumla əməkdaşlıq etməsi haqda iddialar yalan, əsassız və mənasızdır. Çünki əməkdaşlıq edən qüvvə Türkiyəyə hücum etməməli idi. Türkiyə öz siyasəti ilə daima terrora qarşı çıxıb və bundan sonra da çıxacaq. Çünki Türkiyə əslində terror səbəbindən böyük ziyanlar çəkib, türk xalqı böyük itkilər verib. Bu mənada hamıya bəlli oldu ki, Türkiyə İŞİD-lə mübarizə aparır və bundan sonra da aparacaq. Məhz elə aparılan mübarizənin nəticəsidir ki, İŞİD Türkiyəni, burada yaşayan mülkü vətəndaşları əsas hədəf olaraq seçib. Terrorist təşkilatların beynəlxalq qurumlara çevrilir, bu qurumlar həm də müxtəlif xalqların və millətlərin nümayəndələrini özlərində birləşdirən qurumlara çevrilir. Gördüyünüz kimi İstanbulun Atatürk hava limanında törədilən terror aktında Rusiya vətəndaşı da iştirak edib. Hətta bu prosesdə Orta Asiya ölkələrinin vətəndaşları olub.

Saytların yığılması Saytlarin yigilmasi

– Sonuncu dediyiniz fikirlərə istinad edən bir çoxları iddia edir ki, iyunun 29-da Atatürk limanında baş verən partlayışda Rusiyanın əməyi var…

– Mən inanmıram ki, Rusiyanın bunda marağı olub və ya Rusiya İŞİD-lə əməkdaşlıq edib. Mən bunun heç bir əsasını görmürəm. Amma “beynəlxalq terrorizmi əməkdaşlığı” mövcuddur. Dəfələrlə deyilirdi ki, Rusiyadan 2 mindən çox insan İŞİD-ə qoşulub, Azərbaycandan, hətta Ermənistandan 1-2 nəfərin İŞİD-ə qoşulmağa getdiyi deyilirdi. Estoniyadan 2, Belçikadan 500, İngiltərədən 1000 nəfərdən çox insanın İŞİD səralarına qoşulduğu haqda iddialar var. Bu baxımdan terrorçuların hansı ölkədən olması maraqlı deyil, hansı işləri həyata keçirdiyi maraqlıdır. İşlər də göz qabağındadır. Dinc əhalini öldürmək, terror etmək, kütləvi qorxu və amansızlıq mühiti yaratmaq. Məncə, bu təhlükədir. Söhbət Türkiyədən getmir. Belə hadisələr hər yerdə təhlükədir.

– Bəs nədən terrorizmə qarşı beynəlxalq əməkdaşlıq lazımı səviyyədə deyil?

– Hər halda niyyət var, amma əməkdaşlıq indiyə qədər o dərəcədə effektiv olmayıb.

– Liviyada Qəddafini, Misirdə Hüsnü Mübarəki, Yəməndə Abdullanı, İraqda Səddam Hüseyni devirən beynəlxalq güclər nədən İŞİD-lə mübarizə aparmır və ya bu qurumun daha çox qırğınlar həyata keçirməsinə şərait yaradır?

– İndiyə qədər bu hadisələrinin məqsədinin nədən ibarət olduğu bəlli deyil. Bəziləri qeyd edirlər ki, Yaxın Şərqin yeni siyasi xəritəsi formalaşmalıdır. Hansı qüvvələr ki, bunun arxasında durub onlar indiyə qədər məqsədlərini elan etməyiblər. Lakin aydındır ki, məhz bu qüvvələrin dəstəyi və köməyi ilə belə hadisələr baş verir. Yaşayaq görək, yəqin ki, tarix qaranlıq qalan bu səhvələri də açacaq.

– Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında müəyyən hərəkətlilik müşahidə edilir. Bu haqda proqnozlarınzı nədən ibarətdir?

– Təbii ki, proses gedir. Qeyd edim ki, bu istiqamətdə Azərbaycan tərəfindən bəyanatlar verib. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov açıqlamaları olub. Açığı, təəccüblüsü odur ki, bizim Xarici İşlər Nazirliyinin heç bir bəyanatı və mövqeyi olmayıb. Mən bildiyim qədər Azərbaycanın xarici işlər naziri ötən həftə Fransada olub. Açığını bilmirəm ki, bu səfər futbol yarışları ilə bağlı olub yoxsa, hansısa siyasi görüşlər həyata keçirilib. Fakt odur ki, bu istiqamətdə daha çox Novruz müəllimin açıqlaması olub.

– Ancaq sizin də proqnozlarınızı bilmək maraqlı olardı…

– Mən futbol mütəxəssisi deyiləm ki.

– Biz Dağlıq Qarabağ ətrafında müşahidə olunan aktivliklə bağlı soruşuruq, ABŞ dövlət katibi Azərbaycan və Ermənistan prezidentlərinə zəng edir, prezident Putin prezident Ollandla Qarabağı müzakirə edir, nazir Lavrovun regiona səfəri gözlənilir, prezidentlərin Avqustda görüşünün təşkil ediləcəyi haqda xəbərlər yayılır…

– Bir daha qeyd edim ki, Novruz Məmmədov televiziya çıxışı zamanı fikirlərini ifadə etdi, Prezidentin də bəyanatı olub. Açığı, mən bu ərəfədə nazirin Fransada olmasını eşidəndə təəccüblənmədim, fikirləşdim ki, yəqin hansısa görüşlər nəzərdə tutulur. Ancaq futbol yarışları haqda eşidən də təəccübləndim.

– Sizcə, Qarabağla bağlı bu fəallığın arxasında hansı məqsədlər durur?

– Təbii ki, mən də Dağlıq Qarabağ konflikti ətrafında müşahidə olunan fəallığı görürəm. Bu fəallığın hansı nəticələr verəcəyini indidən demək doğru olmazdı. Fikrimcə, ümidli olmağımız lazımdır. Hər halda hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyimiz belə məsələlərdə daha aktiv olmalıdır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button