2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Tokayev marşrutu dəyişir: “Transxəzər prioritet istiqamətdir”

“Transxəzər marşrutu prioritet istiqamətdir”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev nəqliyyat-tranzit potensialın inkişafı ilə bağlı müşavirədə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O, neft və təbii qaz tədarükünün şaxələnməsi ilə bağlı “Kazmunayqaz” şirkəti qarşısında tapşırıq qoyaraq bildirib: “Transxəzər marşrutu prioritet istiqamətdir. “KAzMunayQaz”a bunun reallaşması üün optimal variant hazırlamağı, “Tenzgiz” layihəsi investorlarının imkanlarının da cəlb edilməsinı tapşırıram. Hökumət “Samruk-Kazın”la birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərinin gücünü artırmaq üzrə tədbirlər görməlidir”.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini əhatə edir. Transxəzər qaz kəməri isə təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) – Türkmənbaşı (Türkmənistan) – Bakı (Azərbaycan) – Tiflis (Gürcüstan) – Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

Xatırladaq ki, Tokayevin bir müddət öncə Rusiyanın Ukrayna ərazisində yaratdığı “DXR” və “LXR”i qondarma “respublikalar” adlandıraraq, müstəqilliyini tanımayacağı ilə bağlı bəyanatı Rusiya ilə münasibətləri kəskinləşdirib. Moskvada artıq ən yuxarı dairələrdə Qazaxıstanla əlaqələrə yenidən baxmaq və iqtisadi təzyiq göstərmək çağırışları eşidilir. İki gün öncə Tokayevin Qazaxıstanın Avropa enerji bazarında Rusiyanın yerini tuta biləcəyi ilə bağlı bəyanatı isə Putinin səbr kasasını doldurub. Dünən məhkəmənin qərarı ilə “ekoloji problem” əsas gətirilərək Qazaxıstan neftinin Rusiya ərazisi ilə nəqlinin 1 ay müddətinə dayandırılması barədə qərar çıxarılıb.

“24 saat “Tokayev marşrutu dəyişir: “Transxəzər prioritet istiqamətdir”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button