2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Tokayev Nazarbayevin qohumlarını vəzifələrindən azad edir və "yenidənqurma" elan edir

Bakı/11.01.22 Qazaxıstanda dövlət çevrilişi bir neçə il ərzində hazırlanıb, Dövlət Təhlükəsizliyi Xidməti isə bunu görməyib. Bu barədə çərşənbə axşamı ölkə prezidenti Tokayev parlamentdə çıxışında bildirib.

“Hakimiyyətin ələ keçirilməsinə hazırlıq üzərində peşəkarlar işləyib və Almatı şəhərinə nəzarətin itirilməsi real idi”, deyə o bildirib.

Bəzi şəhərlərdə dövlət təhlükəsizliyi departamentlərinin rəhbərləri silahları və məxfi sənədləri buraxaraq, xidməti binaları tərk ediblər. Bu hücumların arxasında kimin dayandığı araşdırılmalıdır, deyən Tokayev hücumların təkrarlana biləcəyini qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra o, məmur aparatını keçmiş prezident Nazarbayevin hesabına zənginləşməkdə ittiham edib.

Hakimiyyətin sadə insanların həyatı haqqında təsəvvürü yoxdur, ölkədə güclü əmlak təbəqələşməsi var, əhalinin gəlirləri artmalıdır, maliyyə-oliqarx qrupları mənfəət əldə edir, ölkədə böyük müəssisələrin inhisarı hökm sürür.

“Qazaxıstan İnkişaf Bankı bəzi insanların şəxsi bankına çevrilib. Biz hamısını adbaad tanıyırıq, onlar yüksək kabinetlərə çıxışlarından istifadə edərək imtiyazlı şərtlər əldə edirlər”, deyən Tokayev Nazarbayevin ətrafına işarə edib.

Daha sonra o, inhisarçıların pul köçürəcəyi xüsusi “Qazaxıstan xalqı üçün Fond” yaratmağı tapşırıb.

O, bütün bu vəzifələrin icrasını əvvəllər baş nazirin müavini vəzifəsində çalışmış yeni baş nazir Əlixan Smailova həvalə edib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button