2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tokayev ölkəyə rusiyalı axınına görə Moskva ilə danışmaq istəyir

Tokayevin bu bəyanatından əvvəl qazaxlar arasında ölkəyə çox sayda rusiyalının gəlişi ilə bağlı yaşayış sahəsində yaranmaqda olan böhrandan narahatlıq artmışdı

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, onun ölkəsi Rusiyada qismən səfərbərlik elan edilməsinin ardınca Rusiya vətəndaşlarının Qazaxıstan böyük axını ilə bağlı Moskva ilə danışıqlar aparmağı planlaşdırır.

Sentyabrın 27-də Qazaxıstanın Türküstan şəhərində jurnalistlərlə söhbət edən prezident deyib ki, Rusiya vətəndaşlarının ölkəyə axını “həm siyasi, həm də humanitar məsələdir”.

Tokayev əlavə edib ki, rusiyalı miqrantların təhlükəsizlyinin qorunması mühüm vəzifədir:

“Bizdə heç bir böhran yoxdur. Hökumətimiz öz işini görməlidir. Ölkəyə gələnlərə xüsusi müavinətlər yox, amma lazımi dəstək veriləcək. Bütün zəruri prosedurlar ölkə qanunlarına uyğun şəkildə həyata keçiriləcək. Biz Rusiya ilə danışıqlar aparıb bu məsələni xalqımızın maraqları nəzərə alınmaqla həll etməliyik”.

Qazax kirayəçiləri çıxarırlar?

Tokayevin bu bəyanatından əvvəl qazaxlar arasında ölkəyə çox sayda rusiyalının gəlişi ilə bağlı yaşayış sahəsində yaranmaqda olan böhrandan narahatlıq artmışdı.

Bəzi media xəbərlərində deyilirdi ki, ev sahibləri daha çox pul verən rusiyalıları yerləşdirməık üçün qazax kirayənişinləri evlərindən çıxarırlar.

Qazaxıstana Rusiyadan insan axını o qədər çətinlik yaradıb ki, Oral şəhərində yerli kinoteatr miqrantların gecələməsi üçün ayrılıb.

Baş nazir Alixan Smaylov da deyib ki, rusiyalı miqrantların problemləri qazaxların maraqları nəzərə alınmaqla həll edilməlidir.

Smaylovun bir gün əvvəl rusiyalılara xüsusi qeydiyyat sənədləri və iş verilməsinə dair təklifi tənqidlərə səbəb olmuşdu.

Sərhəddə səfərbərlik məntəqəsi

Vladimir Putin qismən səfərbərliyi sentyabrın 21-də elan edib. Rusiyanın bəzi media qurumları o vaxtdan bəri ölkədən 260 min nəfərin xaricə qaçdığını bilririrlər.

Qazaxıstanın Daxili İşlər Nazirliyi sentyabrın 21-də bildirmişdi ki, ölkəyə 98 min Rusiya vətəndaşı daxil olub.

Qazaxıstan Miqrasiya Komitəsinin rəhbəri polkovnik Aslan Atalıqov isə demişdi ki, bunlardan 40 mini artıq başqa ölkələrə, əsasən Özbəkistan və Qırğızıstana gedib.

Daxili işlər naziri Marat Axmetzyanov sentyabrın 27-də deyib ki, Qazaxıstana səfərbərlikdən qaçaraq gələnlər Rusiyanın axtarış siyahısında olarlarsa, Rusiyaya qaytarılacaqlar.

Rusiyanın Şimali Osetiya-Alaniya regionunun rəhbərliyi bildirib ki, sentyabrın 27-dən Gürcüstanla sərhəddə səfərbərlik məntəqəsi qurulacaq və buradan səfərbərlikdən yayınmaq istəyənlər ordu sıralarına daxil ediləcək.

24 saat” “
Tokayev ölkəyə rusiyalı axınına görə Moskva ilə danışmaq istəyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button