Xəbərlər

Tokayev Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb

Erkən prezident seçkilərindən qalib elan edilən Kasım-Jomart Tokayev növbəti 7 il ərzində Qazaxıstanın dövlət başçısı vəzifəsinin icrasına başlayıb. İnauqurasiya mərasimi noyabrın 26-sı paytaxt Astanadakı Müstəqillik Sarayında keçirilib.

“Qazaxıstan milli maraqların qorunmasına yönəlmiş balanslaşdırılmış, konstruktiv xarici siyasət həyata keçirməyə davam edəcək. Əsas diqqət qonşu dövlətlərlə – Rusiya, Çin və Mərkəzi Asiyanın qardaş ölkələri ilə, inteqrasiya üzrə tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq məsələləri olacaq.”, – “İnterfaks” Tokayevin çıxışından sitat gətirir.

Tokayev həmçinin əlavə edib ki, Qazaxıstan “ABŞ, Avropa İttifaqı, Asiya, Yaxın Şərq və Qafqaz dövlətləri, eləcə də bütün maraqlı ölkələrlə çoxşaxəli əməkdaşlığın inkişafı üçün hər cür səy göstərəcək”.

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.

Erkən prezident seçkiləri Qazaxıstan Konstitusiyasının yenilənmiş variantına uyğun olaraq keçirilib. Prezident yeddi illik müddətə (əvvəllər müddət beş il idi) və yalnız bir dəfə seçilir.

Konstitusiyaya dəyişikliklər bu ilin yanvarında kütləvi etiraz və iğtişaşlardan sonra edilib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Aktauda Yol Xəritəsi qəbul edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button