2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Tokayev Qazaxıstan prezidentinin səlahiyyətlərini azaldan qanunu imzalayıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 5-də dövlət başçısının səlahiyyətlərini məhdudlaşdıran bir sıra qanunlar imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sözügedən qanunlar paketi bu ilin iyununda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən respublika referendumunun nəticəsi olaraq qəbul edilib.

Dəyişikliklər prezidentin yerli icra hakimiyyəti orqanlarına münasibətdə müəyyən səlahiyyətlərinin azaldılmasını nəzərdə tutur (indi prezident şəhər və rayon rəhbərlərini yalnız yerli deputatların razılığı ilə təyin edə biləcək).

Parlamentdə “prezident kvotası” azaldılır, prezidentlik dövründə müəyyən məhdudiyyətlər qoyulur. Prezidentə siyasi partiyalara üzv olmaq, dövlət başçısının yaxın qohumlarına isə kvazi-dövlət sektorunda siyasi vəzifələr və rəhbər vəzifələr tutmaq qadağan edilib.

Bundan əlavə, 2023-cü il yanvarın 1-dən Qazaxıstanda Konstitusiya Məhkəməsi fəaliyyətə başlayacaq. Yeni qanunlar İnsan Hüquqları üzrə Müvəkkilin statusunu, səlahiyyətlərini, müstəqilliyinin təminatlarını müəyyən edir. Baş prokurorun insan hüquqları funksiyası da gücləndirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button