2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tokayev: “Qazaxıstanda oliqarx kapitalizm dövrü başa çatır”

Yayımlandı: 5 Oktyabr 2022 16:00

“Biz kapitalın xaricə qanunsuz çıxarılmasına yol verməyəcəyik”

“Qazaxıstanda oliqarx kapitalizm dövrü başa çatır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu oktyabrın 5-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Karaqanda vilayətinin ictimaiyyəti ilə görüşü zamanı deyib.

O, hökumətin ölkədə fəaliyyət göstərən bütün iri mədən şirkətlərinin fəaliyyətini diqqətlə izlədiyini deyərək əlavə edib ki, onlara səmərəli və sosial məsuliyyətli biznes lazımdır.

“Biz kapitalın xaricə qanunsuz çıxarılmasına yol verməyəcəyik. Onlar tərəfindən müxtəlif sosial proqramların icrasına nəzarət edəcəyik. İstehsalat müəssisələrinin modernləşdirilməsi və ətraf mühitin mühafizəsi prosesinə ciddi diqqət yetiriləcək. Vergi ödənişləri xüsusi nəzarət altında olacaq. Əgər iri sənaye müəssisələri bu tələblərə cavab verməsə, tərəfdaşlığı dayandırmaq məcburiyyətində qalacağıq. Bu, təhlükəli deyil, sadə, dürüst və bütün sivil dünyada qəbul edilmiş ədalətli iş qaydalarıdır”, – Prezident belə deyib.

2022-ci ilin payızında Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Kasım-Jomart Tokayev seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib.

Qazaxıstanda seçkilər 2024-cü ildə keçirilməli idi.

Bu ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlar başlamışdı.

Hadisələr zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar hadisələrində “20 min terrorçu”nun iştirak etdiyini bildirmişdi.

Tokayev etirazları yatırtmaq üçün KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etmişdi.

Yanvarın 13-də KTMT ölkələrinin silahlı qüvvələri Qazaxıstanı tərk etdi.

Hadisələrin nəticəsində keçmiş prezident N.Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldı və birinci prezidentin bir çox qohumu rəhbər vəzifələrdən məhrum edildi.

İyunun 5-də keçirilən referendumda isə Nursultan Nazarbayev əksər imtiyazlardan, o cümlədən “elbaşı” və ya “millət lideri” statusundan məhrum edildi.

Qazaxıstanın Baş Prokurorluğunun yaydığı məlumata görə, hadisələr zamanı 238 nəfər həlak olmuşdu.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button