2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tokayevin comərd planı… – 24 saat

Qabil Abbasoğlu

Qazaxıstanın prezidenti Kasım Jomart Tokayevin iki gün əvvəl xalqa müraciətində anons etdiyi dəyişikliklər Qazaxıstan və ümumiyyətlə, postsovet məkanı üçün əsl yenilik və müsbət nümunə sayıla bilər. 

Prezident ölkədə mövcud super-prezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına keçməyi təklif edib. O, ölkənin siyasi sisteminə mühüm dəyişikliklər vəd edən islahatlara keçid elan edib:

 — Dövlət başçısı, həmçinin akimlər (hakimlər – regional icra hakimiyyəti orqanının başçısı) və güc strukturlarının rəhbərləri siyasi partiya üzvü ola bilməzlər. 

Saytların yığılması Saytlarin yigilmasi

 — Prezidentin qohumlarının yüksək dövlət vəzifəsi tutması qadağan edilir. 

 — Parlament qarışıq seçki üsulu ilə seçiləcək – 70 faiz proporsional, 30 faiz majoritar qaydada. 

 — Akimlər (şəhər rəhbərləri) seçki yol ilə müəyyən ediləcək.

 — Siyasi partiyaların qeydiyyatı asanlaşır.

 — Konstitusiya Məhkəməsi yaradılır.

Tokayevin bu təkliflərində diqqət çəkən cəhət, onun indiyə qədər ölkədə mövcud olan avtoritar sistemi şaxələnmiş və güclü nəzarət mexanizmini ehtiva edən sistemlə əvəz etmək niyyətidir. 

“Dövlətin uzun müddətə hesablanmış maraqları mənim üçün hansısa əlavə hakimiyyət rıçaqı və ya şəraitə nəzarət imkanından daha önəmlidir. Siyasətdə monopoliya müxtəlif sosial bəlalara və dövlətin deqradasiyasına gətirib çıxarır. Bu gün bizdə hər şey prezidentdən asılı vəziyyətdədir və bu, doğru deyil” – Tokayev deyib.

Qazaxıstan prezidentinin islahatlar paketində ən mühüm təkliflərdən biri də Qazaxıstan Xalq Assambleyasının (ölkənin milli siyasətini formalaşdırmaq məqsədilə prezident yanında yaradılmış məşvərətçi orqan – red.) parlamentin yuxarı palatasındakı kvotasının azaldılmasını, aşağı palatasındakı 10 faizlik kvotasının isə ləğv edilməsidir. Tokayev deyib ki, heç bir şəxsə və quruma xüsusi imtiyazlar yaradılmamalıdır. 

Yeni təkliflərə görə, parlamentin yuxarı palatası olan Senat qanunları bəyənə, yaxud bəyənməyə bilər. Qanunların hazırlanması ilə yalnız aşağı palata – Məclis məşğul olacaq. 

Siyasi sistem üçün mühüm dəyişikliklərdən biri də partiyaların qeydiyyatının asanlaşdırılmasıdır. Tokayev təklif edir ki, qeydiyyat üçün tələb olunan üzvlərin sayı 4 dəfə azaldılaraq, 20 mindən 5 min nəfərə endirilsin. Bu, cəmiyyətdə siyasi təşkilatlanma prosesinin sürətini artıracaq və demokratik spektrin zənginləşməsinə yardım edəcək bir dəyişiklik olardı.

Tokayev ölkədə 3 yeni inzibati-ərazi vahidi yaradılması haqqında təklif irəli sürüb. Yeni yaradılacaq Abay, Ulutau və Jetisu vilayətləri qazax xalqının tarixi formalaşma prosesində mühüm rol oynamış bölgələrdir. Qeyd edək ki, bu təklif qazax cəmiyyətində, siyasi partiyalar, hətta Tokayevin potensial siyasi rəqibləri tərəfindən də təqdir olunur və “güclü gediş” kimi qiymətləndirilir. 

İslahatlar paketində sosial-iqtisadi sferaya aid də xeyli təkliflər var. 

Hazırda Qazaxıstan mövzusunda həssasiyyət siyasi sistem və demokratiya potensialı ilə bağlı olduğu üçün, zənnimizcə, Tokayevin bu planları yaxın müddətdə regionda marağı olan hər kəs tərəfindən diqqətlə izləniləcək. Prosesi həyata keçirmək böyük zəhmət və resurslar tələb edir, amma nəticə ölkənin və cəmiyyətin faydasına ola bilər. 

Onu da nəzərə almalıyıq ki, Qazaxıstan ərazisinə, geostrateji mövqeyinə, iqtisadi potensialına görə bölgənin ən nəhəng türk dövlətidir. Başqa heç nə, sadəcə Tokayevin bu təklifləri normal şəkildə həyata keçirilsə, Qazaxıstan qısa müddətdə türk dünyasının lokomotiv ölkələrindən birinə, Tokayev isə türkdilli ölkələrin liderləri arasında mühüm oyunçuya çevrilə biləcək.  

Təbii ki, yerli siyasi texnoloqların da dediyi kimi, Rusiyanın hazırkı aqressiv davranışları fonunda, ölkə rəhbərinin xalqa müraciətində Ukrayna probleminə yer ayırılmaması nəzərə çarpır. Hətta bu addım qeyd olunan məsələdən “diqqət yayındırmaq” məqsədi daşıyırsa belə, islahatlar paketi Qazaxıstanın özü, daxili inkişafı, türk coğrafiyasındakı əhəmiyyəti baxımından xeyli mühüm perspektivlər vəd edir. 

Əlbəttə, cəmi iki ay əvvəl ölkəyə xarici hərbi qüvvə dəvət etmiş, öz xalqına qarşı silah işlədilməsinə, yumşaq desək, qol qoymuş bir liderin bu addımları ilk baxışdan səmimi görünməyə bilər. Əksər ekspertlərin də dediyi kimi, Tokayev demokratik yolla seçilmiş lider deyil, ona görə də onun səmimi demokrat olduğu bəribaşdan şübhə altındadır. Lakin indiyədək olanlar tarixdir. Qazaxıstanın ən böyük qonşusu, uzun illər siyasi təzyiqi altında yaşadığı Rusiya da indi əvvəlki Rusiya deyil. Üstəlik, Tokayevin özü təcrübəli və peşəkar diplomatdır. Hər kəs kimi, ona da tarix bir fürsət yaradıb. İndi o, bu fürsəti özünün və ölkəsinin nicat formuluna da çevirə bilər, yalançı vədlərlə zaman qazanıb, tarixin arxivinə də yuvarlana bilər. Seçim Kasım-Jomart bəyin və Qazaxıstan xalqınındır. Yoxsa o sənədlərdən, o paketlərdən, o islahat vədlərindən çox ölkədə var, olub, olacaq. Gerçək olmayandan sonra, Ərdoğanın təbirincə desək, olsa nə olur, olmasa nə olur…

24 saat” “Tokayevin comərd planı… – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button