2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tokayevin Kremlə meydan oxuması

Qazaxıstanla Rusiya arasında bu çətinliklərin yoluna qoyulması Tokayev, Nur-sultan üçün yeni məsələ deyil, amma Moskvanın işğalı riskləri artırır

Saytların yığılması Saytlarin yigilmasi

Ötən həftə Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Sankt Peterburq İqtisadi forumunda rusiyalı həmkarı Vladimir Putinin üzünə dedikləri Ukrayna müharibəsinin Orta Asiyada vəziyyəti dəyişdiyini göstərir. Tokayev Moskvanın müharibəsini dəstəkləmədiyini, Ukraynanın şərqindəki kvazi-dövlətləri tanımadığını dilə gətirdi.

Bu ilin yanvarında kütləvi iğtişaşlar və elita daxili mübarizə hakimiyyətini təhdid edincə, Tokayev Rusiya əsgərlərini ölkəyə dəvət etmişdi. Onda bir çox ekspertlər bununla Qazaxıstanın müstəqilliyinin qurban verildiyini, Tokayevi Moskvadan asılı etdiyini düşünürdü.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Reyd Stendiş yazır ki, Rusiyanın Ukraynanı işğal etməsindən dörd ay keçir və Tokayev Kremlə meydan oxumaqla bu düşüncəni alt-üst edir.

“Cəsarətli addım”

Putin iyunun 17-də forumda iddia edib ki, bütünlükdə keçmiş Sovet İttifaqı “tarixi Rusiya”nın tərkibinə daxildir, digər ölkələr də açıq şəkildə Moskvaya qarşı çıxsalar, Ukraynanın taleyilə üzləşə bilərlər.

Tədbirdə moderator, Rusiyanın “RT” telekanalının baş redaktoru Marqarita Simonyanın sualına cavabında Tokayev Nur-Sultanın Ukraynanın Donbas regionundakı separatçı Donetsk və Luqansk “respublikaları”nı tanımadığını bildirib. Rusiya həmin qurumları müstəqil dövlətlər hesab edir.

Tokayev deyib ki, dünyadakı bütün millətlərin öz müqəddəratını təyinetmə hüququ təmin olunsaydı, Yer üzündə 193 ölkə yerinə, 500-600 ölkə olardı.

“Təbii ki, bu xaos yaradardı. Bu səbəbdən Tayvanı, Kosovonu, Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionlarını tanımırıq. Bu prinsip Luqansk və Donetsk kvazi-dövlətlərinə də aiddir”, – Qazaxıstan prezidenti vurğulayıb.

“Bunu Putinlə eyni səhnədə bəyan etmək cəsarətli addım idi”, – ABŞ-ın Qazaxıstanda ilk səfiri olmuş, RAND təhlil mərkəzindən Uilyam Kurtney AzadlıqRadiosuna deyib.

“Moskva getdikcə qonşularına qarşı daha aqressiv mövqe tutur və Ukrayna müharibəsindəki məyusluğun bu mövqeni daha da dərinləşdirməsi mümkündür. Bu o deməkdir ki, Qazaxıstan gələcəkdə daha çox təzyiq görə bilər”, – təhlilçi sözlərinə əlavə edir.

Ərazi iddiaları

Tokayevin Sankt Peterburqdakı çıxışından öncə bəzi sərt-xətt tərəfdarı rusiyalı şərhçilər Qazaxıstanın şimalından Rusiya üçün ərazi iddiaları ilə çıxış ediblər. Böyük etnik rus əhalinin yaşadığı həmin ərazilərin adı Sovet İttifaqının çöküşündən sonra Rusiyada millətçi çıxışlarda potensial ilhaq kontekstində çəkilib.

Ancaq Ukraynada müharibə davam etdikcə Qazaxıstan Moskvadan daha böyük müstəqillik nümayiş etdirib. Nur-Sultan 9 May- Qələbə günündə hərbi paradı təxirə salıb.

Qazaxıstan həmçinin Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmamağa, həmçinin ölkə içində Moskvanın xarici siyasətinə artan nifrəti, ölkə boyunca Ukraynaya dəstək nümayişlərini uzlaşdırmağa çalışıb.

Tokayevin müsahibəsindən sonra…

Nur-Sultan enerji təchizatını Rusiyadan yan keçməklə Avropaya çatdırılması yönündə də əməkdaşlığı genişləndirir. İyunun 15-də Rossiya-24 dövlət televiziyasına müsahibəsində Tokayev ölkəsinin Moskvaya sanksiyalardan yayınmaqda kömək etməyəcəyini deyib, KTMT-nin yanvardakı müdaxiləsindən sonra Rusiyaya borclu olması fikrini rədd edib.

“Rusiyada bəzi adamlar vəziyyəti tamamilə təhrif edirlər, iddia edirlər ki, guya Rusiya Qazaxıstanı ‘xilas edib’, Qazaxıstan indi əbədi olaraq Rusiyaya xidmət etməli, onun ‘ayağına yıxılmalıdır’. İnanıram ki, bunlar reallıqdan tamamilə uzaq, əsassız arqumentlərdir”, – o söyləyib.

Bu deyilənlər Rusiyada dərhal reaksiyaya səbəb olub, millətçi deputat Konstantin Zatulin Qazaxıstanın ərazi bütövlüyünü sual altına alıb.

“Onlar çox yaxşı bilirlər ki, əsasən rus əhalinin yaşadığı bütöv vilayətlər və qəsəbələrin Qazaxıstanla münasibəti zəif olub”, – o, radioya müsahibəsində deyib.

Çeçenistan lideri Ramzan Kadırov da onlayn videoda Qazaxıstanı və KTMT-nin digər üzvlərini Moskvanın Ukraynaya qarşı işğalına dəstək göstərmədiyinə görə tənqid edib. O deyib ki, Nur-Sultanın ölkənin şimalında suverenliyi təhrif olunur.

İqtisadi əməkdaşlıq

Ancaq Qazaxıstan liderləri eyni zamanda Qərbdən iqtisadi təcrid durumunda olan Rusiya ilə əlaqələri genişləndirməyə çalışırlar.

24 saat” “
Tokayevin Kremlə meydan oxuması
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button