Toronto hava limanından 15 milyon dollar dəyərində qızıl oğurlanıb

2023-04-21 11:42:03
Kanada rəsmiləri hadisənin bazar ertəsi baş verdiyini açıqlayıb.
Qızılı daşıyan təyyarə həmin axşam hava limanına endikdən sonra içindəkilər təhlükəsiz yük obyektinə aparılıb.
Polis şöbəsi oğurluğun orada baş verdiyini düşünür.
Bu, Kanada tarixindəki ən böyük oğurluqlardan biri kimi tarixə düşə bilər.
Sonuncu dəfə 2011 və 2012-ci illərdə bu böyüklükdə quldurluq baş verib, Kvebekdəki anbardan 18,7 milyon dollar dəyərində 3 min ton ağcaqayın siropu oğurlanıb.
Müfəttiş Stiven Duivesteyn, komandasının qeyri-adi bir quldurluq olduğunu bildirərək, bütün ehtimalları araşdırdığını söylədi.
Oğurlanan konteynerin yarım kvadratmetr ölçüsündə olduğunu bildirən Duivesteyn yükün çəkisini bölüşməyib.
Səlahiyyətlilər yükü daşıyan aviaşirkət, yükün yola salınması və təyinat yeri kimi məlumatları açıqlamayıb.
class=”medianet-inline-adv”>
Toronto Sun qəzetinin yazdığına görə, polis quldurluğun arxasında cinayətkar təşkilatların ola biləcəyini düşünür.
Bu ehtimalla bağlı soruşulan Duivesteyn, bu məsələ ilə bağlı açıqlama vermək üçün hələ tez olduğunu bildirib.
Tərcümə“24 SAAT”