AZ24SAAT.ORG

Now Reading:
Tovuz Gömrük İdarəsinə rəis təyin edildi

Dövlət Gömrük Komitəsində daha bir kadr dəyişikliyi olub.

24saat.org xəbər verir ki, bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. R.Babayev bu təyinatadək Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, R. Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov olub. O, Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.
Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayor İsmayıl Hüseynov isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.