Loading...
Loading...
Xəbərlər

Tovuz sakini Türkiyə şirkətindən şikayətçidir

Ona son nəticəsə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyulub. Ayət Abduləzovun sözlərinə görə, uzun müddət xəstəxanadan “Forma-88” ala bilməyib, bu üzdən ona əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək yubanıb. O, bütün baş verənlərə görə işlədiyi şirkəti günahlandırır: “Mənə həkim izah elədi ki, evdə xəstələnsəydin, özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə…”

“Veclərinə olmadı ki, bu bədbəxtin ailəsi, müalicəsi necə olacaq?”

Ayət Abduləzov gileylənir ki, şirkət öz işçisinə sahib çıxmadı. Onun sözlərinə görə, rəhbərlik hadisədən sonra ona vəd vermişdi ki, həm müalicə xərclərini ödəyəcək, həm də ailəsinin qayğısına qalacaq. O iddia edir ki, verilən vədə əməl olunmayıb: “Xəstəxananın məsrəflərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən, elə, bizim arxamız bağlıdır. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq? Təsəvvür edin, özüm ailə başçısı ola-ola valideynlərimin hesabına dolanıram. Kreditim vardı, onu valideynlərim ödəyir, mən indi necə müalicə olunum? Ona görə müalicə də oluna bilmirəm”.


24 saat” “Tovuz sakini Türkiyə şirkətindən şikayətçidir” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button