2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tovuzda filial müdirinin qətlinin üstü açılıb

Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

24saat.org-un Trend-ə istinadən məlumatına görə, “Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramovanı qətlə yetirən şəxs saxlanılıb.

Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. İstintaqa ifadəsində Vəliyev qətli pul mübahisəsi üstə törətdiyini bildirib. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.

Qeyd edək ki, aprelin 22-də “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib.

Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button