2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Toydan sonra itən qızdan hələ də xəbər yoxdur

Bir aya yaxındır ki, Rusiyanın Peterburq şəhərində itkin düşmüş Gülnarə Vəliyevadan hələ də xəbər yoxdur.

Bu barədə lent.az-a açıqlamasında Gülnarənin rəfiqələrindən biri məlumat verib.

Rəfiqəsinin dediyinə görə, şəhər polisi hələ də axtarışları davam etdirir. Gülnarənin rəfiqələri, tələbə yoldaşları, valideynləri, yaxınları növbəti dəfə dindiriliblər:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz də gözləyirik ki, nəhayət onun barəsində dəqiq xəbər alacağıq. Gülnarənin itkin düşməsi ilə bağlı çoxlu şayiələr yayılıb. Hərə bir söz deyir. Amma nə ölüsündən, nə də qaldısından bir xəbər yoxdur”.

Qeyd edək ki, Sankt-Peterburqda yaşayan 23 yaşlı Gülnarə Vəliyeva bu il aprelin 22-də həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun aprelin 15-də Samir adlı oğlanla toyu olub. Gənc qadının əri polisə bildirib ki, o, günorta saatlarında evdən çıxıb və özü ilə şəxsiyyət vəsiqəsini götürməyib. Üzərində boz rəngli paltodan başqa digər geyimləri xatırlamır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button