2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Toyko Klaar Ermənistan XİN başçısı və baş naziri ilə Qarabağ məsələsini müzakirə edib /YENİLƏNİB/

Bakı/13.09.21 Ermənistan XİN başçısı Ararat Mirzoyan və Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Toyvo Klaar bazar ertəsi regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. “Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında hərtərəfli həlli zərurətini qeyd ediblər. XİN başçısı bildirib ki, “regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün atəşkəs rejiminin qorunub saxlanması, hələ də Azərbaycanda olan hərbi əsirlərin, mülki girovların dərhal və qeyd-şərtsiz qaytarılması, həmçinin anti-Ermənistan əhval-ruhiyyəsindən və hərbi ritorikadan imtina vacibdir”, bu barədə Ermənistan XİN-in məlumatında deyilir. Mirzoyan həmçinin “Azərbaycan SQ-nin Ermənistan Respublikasının suveren ərazisində qanunsuz iştirakını və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi təlimlər keçirilməsini” pisləyib.

Elə bu gün baş nazir Nikol Paşinyan Klaarı qəbul edib. O, Avropa İttifaqının 2,6 mlrd. avroluq maliyyə paketindən ibarət dəstəyini yüksək qiymətləndirib. Toyvo Klaar Aİ-nin Ermənistana prioritet sahələrdə dəstəyi davam etdirmək öhdəliyini təsdiq edib.

Tərəflər “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və nəqliyyat kommunikasiyalarının açılmasına dair fikir mübadiləsi aparıblar”, “ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqların bərpasının vacibliyini vurğulayıblar”, deyə Ermənistan hökumətinin məlumatında bildirilir. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

*   *   *

2021 Sentyabr 13 (Bazar ertəsi) 15:13:08

Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Yerevana və Bakıya səfər edəcək

Bakı/13.09.21 Aİ-nin Cənub Qafqazda və Gürccüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar sentyabrın 13-də Yerevana gəlib.

O, iki gün ərzində Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaq, bu barədə Klaar Tvitterdəki mikrobloqunda yazıb. Klaar Ermənistandan Azərbaycana gələcək, burada da ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.

Klaar görüşlərin və danışıqların mövzusu haqqında məlumat vermir, amma söhbətin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması yollarından və daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsindən gedəcəyi şübhə doğurmur. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button