İqtisadiyyat

“Toyota” elektromobillər üçün nəzərdə tutulan vergi güzəşti qərarına etiraz etdi

Tamara Mustafayeva, Banco.az

“Toyota” şirkəti varlılara imtiyaz verilməsi iddiası ilə ABŞ-da elektrik avtomobillərinə vergi endirimi edilməsini təklif edən qanun layihəsinə etiraz edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, yapon avtomobil istehsalçısı “Toyota” şirkəti ABŞ Nümayəndələr Palatasının yayımladığı və elektromobillər üçün vergi endirimlərini özündə ehtiva edən qanun layihəsini varlılara üstünlük verilməsini səbəb göstərərək etiraz edib.

ABŞ-da sindikata sahib olmayan bir neçə avtomobil istehsalçısından biri olan “Toyota” sindikat üzvü olan işçilərin çalışdığı şirkətlərdə istehsal edilən elektromobillərə 12 min 500 dollara qədər vergi güzəşti tətbiq edilərkən, “Tesla”, “Honda” və öz istehsalı olan avtomobillərə tətbiq edilən vergi endiriminin 7 min 500 dollar olmasına etiraz edib.

Şirkət tərəfindən bazar ertəsi edilən açıqlamaya görə, hər kəs üçün 7 min 500 dollarlıq vergi endiriminin bütün Amerikalıların əlçatanlığı üçün daha uyğun olacağı və bunu dəstəkləyəcəkləri bildirilib.

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button