2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Toyota” qlobal istehsal proqnozunu yenidən aşağı saldı

Tamara Mustafayeva, Banco.az

“Toyota” qlobal istehsal proqnozunu yenidən azaldıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, yapon avtomobil istehsalçısı “Toyota” şirkəti sentyabr və oktyabr ayları üzrə qlobal istehsal proqnozunu ötən ay açıqladığı plana görə, yenidən aşağı salıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkət Cənubi Asiyada koronavirusa yoluxma sayının artması səbəbindən bəzi avtomobil hissələrinin tədarükündə çətinliklə üzləşdiklərini və buna görə də planlarını dəyişdirməli olduqlarını açıqlayıb. Bu problemin sentyabr ayında 70 min, oktaybr ayında isə 330 min avtomobilin istehsalına təsir göstərəcəyi bildirilib.

Bununla da, 31 mart 2022 tarixində başa çatacaq maliyyə ili üzrə illik istehsal proqnozu 9,3 milyondan 9 milyona qədər azaldılıb.

Xatırladaq ki, avtomobil nəhəngi daha əvvəl sentyabr ayı ərzində proqnozlardan 40% az istehsal həyata keçirəcəyini açıqlamışdı. Belə ki, əvvəlcədən bu ay 900 min avtomobil istehsal edilməsi nəzərdə tutulmuşdusa da, daha sonra bu göstərici 500 minə qədər azaldılmışdı.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button