2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

TQDK valideynlərə müraciət etdi

2015/2016-cı tədris ili üzrə ümumtəhsil məktəblərinin 197 063 nəfər buraxılış sinif şagirdindən 196 391 nəfəri haqqında məlumatlar şəxsiyyəti təsdiq edən sənəd əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Şagird-məzun” elektron məlumat sisteminə daxil edilib.

Bu barədə TQDK-dan bildiriblər.

Naxçıvan MR, Ağcabədi, Agdam, Ağstafa, Bərdə, Daşkəsən, Göyçay, Naftalan, Qax, Saatlı, Tovuz, Ucar, Xızı, Xocalı rayon və şəhərlərində buraxılış sinif şagirdləri haqqında məlumatların sistemə daxil edilməsi tam yerinə yetirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Şəxsiyyəti təsdiq edən sənədlərin operativ təqdim edilməsində Daxili İşlər Nazirliyi, ASAN Xidmət və Dövlət Miqrasiya Xidməti mühüm rol oynayıb.

Hazırda IX sinif üzrə 540 nəfərin, XI sinif üzrə isə 132 nəfərin məlumatları şəxsiyyəti təsdiq edən sənədi olmadığından sistemə daxil edilməyib. Bu siyahıda ölkə üzrə ən aşağı göstəricilər Bakı şəhərinin Sabunçu rayonuna (60 nəfər) , Suraxanı rayonuna (76 nəfər) və Xəzər rayonuna (58 nəfər) aiddir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumatları sistemə hələ də daxil edilməmiş buraxılış sinif şagirdlərinin valideynlərinə bir daha müraciət edir və onlardan xahiş edir ki, övladlarının buraxılış imtahanlarında iştirak edə bilmələri üçün onları şəxsiyyəti təsdiq edən sənədlə təmin etsinlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button