Gündəm
Tramp Əsədi “heyvan” adlandırdı
ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.
“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, – deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib.
ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.
“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, – deyə Tramp əlavə edib.
24saat.org
Mənbə – azadliq.info