2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp: “Əsədin getməsi Suriyada sülh yolu ilə həll üçün şərt deyil”

ABŞ Suriya prezidenti Bəşər Əsədin ölkədəki münaqişənin sülh yolu ilə həlli üçün mütləq şərt qismində hakimiyyətdən getməsini tələb etməyəcək.
Bunu Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.
“Biz bunu təkid edirikmi? Xeyir. Lakin mən düşünürəm ki, bu müəyyən mərhələdə baş verəcək”, – deyə Tramp Suriya prezidentinin hakimiyyətdən kənarlaşdırılmasını nəzərdə tutaraq bildirib.
Qəzetin yazdığına görə, Tramp müsahibəsində bildirib ki, dinc Suriyanı Əsədin hakimiyyətdə olması ilə yanaşı təsəvvür etmək qətiyyən mümkün deyil.
“Düşünürəm ki, bunu təsəvvür etmək çətindir. Lakin mən “qeyri-mümkündür” sözünü istifadə etməzdim”, – deyə ABŞ prezidenti söyləyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button