2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp Ağ Evdə Lavrovu qəbul edib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Rusiya prezidenti Sergey Lavrovla görüşüb. Bu, Donald Trampın prezident seçilməsindən sonra onun Rusiyanın baş diplomatı ilə üz-üzrə ilk görüşüdür.

Lavrov Ağ Evdə Trampla görüşdən öncə ABŞ Dövlət Departamentində dövlət katibi Reks Tillersonla danışıqlar aparıb.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. Suriya böhranı və Ukraynada vəziyyət danışıqların diqqət mərkəzində olub. Hər iki məsələ ilə bağlı ABŞ və Rusiya arasında fikir ayrılıqları mövcuddur.

“Mən xarici işlər nazirini Dövlət Departmanentində salamlamaq istəyirəm və ona bizim Vaşinqtonda başladığımız dialoqu və fikir mübadiləsini davam etdirmək üçün Vaşinqtona səfər etdiyinə görə təşəkkürümü bildirirəm”, deyə Tillerson Lavrovla danışıqlardan öncə bildirib.

Bu, 2013-cü ildən sonra Lavrovun Vaşinqtona ilk səfəridir.

Lavrov və Tillerson keçən ay Moskvada görüş keçirib. Onların görüşü Birləşmiş Ştatlar və Rusiya arasında ABŞ-ın Suriya hökumət qüvvələrinin çox sayda mülki vətəndaş və uşağın ölümülə nəticələnmiş kimyəvi hücumuna cavab olaraq Suriyada hərbi hava bazasına raket zərbələri endirməsi ilə bağlı gərginliklərin mövcud olduğu vaxta təsadüf edirdi.

Vaşinqtonda bugünkü görüş Rusiya, İran və Türkiyənin Astanada danışıqlar zamanı Suriyada təhlükəsizlik zonalarının yaradılmasına dair keçən həftə razılıq əldə etməsindən sonra keçirilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button