2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tramp “Dəli köpək” Mattisı müdafiə naziri təyin edir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp təqaüdə çıxan general Ceyms Mattisı komandasının müdafiə naziri təyin edir.

“O bizim ən yaxşımızdır”, – cənab Tramp yeni nominasiyanı Ohayoda keçirilən mitinqində elan edib.
“Dəli köpək” kimi tanınan Ceyms Mattis, Obama administrasiyasının Orta Şərq, xüsusilə İran siyasətinin açıq tənqidçisi olub.
O İranı “Orta Şərqdə stabillik və sülhə ən böyük və yeganə təhlükə” adlandırıb.
Cənab Tramp bu təyinat haqqında elanı tərəfdarlarına “ABŞ Təşəkkür Turu 2016” başlandığı Sinsinnatidə deyib.
“Biz “Dəli köpək” Mattisi müdafiə nazirimiz təyin etməyə hazırlaşırıq”, o camaata deyib.
Cənab Tramp bir müddət əvvəl 66 yaşlı Mattisı “əsl generalların generalı” adlandırıb.
Təqaüdə çıxan zabit 1991-ci ildə birinci Körfəz müharibəsi zamanı hücum batalyonuna və 2001-ci ildə cənubi Əfqanıstanda bütöv komandaya rəhbərlik edib.
O, həmçininn 2003-cü ildə İraqın işğalında iştirak edib və bir il sonra Fəlluca döyüşündə əsas rol oynayıb.
Ceyms Mattis 2013-cü ildə ABŞ Mərkəzi Komandanlığının komandiri kimi təqaüdə çıxıb.
Jurnalistlər deyir ki, onun təyinatı ABŞ döyüşçüləri arasında çox məşhur olacaq.
Ancaq onun təyinatı təsdiq olunmazdan əvvəl konstitusiyadakı maneələr aradan qaldırılmalıdır.
ABŞ qanununa görə, təqaüdə çıxmış zabit müdaifə naziri təyin olunmazdan əvvəl ən azı 7 il bu sahədə çalışmamalıdır.
Respublikaçıların idarəçiliyində olan Konqres tələbə uyğun olaraq qanunvericiliyi təsdiq etməli olacaq ki, o bu vəzifəyə təyin ola bilsin (BBC).

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button