Loading...
Loading...
Dünya

“Tramp demokratiyaya təhlükədir”

ABŞ-da prezidentliyə demokratlardan namizəd Hillari Klinton deyir ki, respublikaçı rəqibi Donald Tramp demokratiyaya “təhlükədir” və ölkəyə rəhbərlik edə bilməz.

Klinton mayın 19-da CNN televiziyasına müsahibəsində söyləyib ki, Tramp “Birləşmiş Ştatların prezidenti olmağa gərəkən keyfiyyətlərə malik deyil”.

“Donald Tramp ölkəmizə, demokratiyamıza, iqtisadiyyatımıza ciddi təhlükə törədir”, keçmiş dövlət katibi bildirib.

Klinton Tramp-ın xarici siyasət problemlərinin öhdəsindən gələ biləcəyini də şübhə altına alıb. Onun sözlərincə, Trampın müsəlmanlar barədə ziddiyyətli bəyanatları Vaşinqtonun terrorçuluqla mübarizədə Yaxın Şərq hökumətləri ilə işini çətinləşdirir.

Son vaxtlar Klinton-u tez-tez tənqid edən Tramp, hələlik, bu deyilənlərə reaksiya verməyib.

Gözdən qaçırmayın:  Rusiya qırıcıları İsveçin hava məkanını pozub
Back to top button