2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tramp dünyanı məhv edəcək qərarı verdi — SON DƏQİQƏ

ABŞ prezidenti Donald Tramp ölkənin iqlim üzrə Paris Sazişindən çıxdığını elan edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ iqlim üzrə Paris Sazişindən çıxacaq”, – deyə Donald Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, bundan sonra atılacaq addımlar baş verəcək proseslərdən asılı olacaq:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Paris sazişindən çıxırıq, lakin Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayırıq”.

Tramp əlavə edib ki, ABŞ-ın bundan sonrakı fəaliyyəti onların “ədalətli sözləşmə” imzalaya bilib-bilməyəcəklərindən asılı olacaq.

Qeyd edək ki, ötən həftə sonu “Böyük yeddilik” ölkələrinin liderləri iqlim məsələləri bağlı sazişdə vahid mövqeyə gəlməyə çalışsalar da, ABŞ-ın mövqeyi səbəbi ilə bunun mümkün olmayacağını bəyan ediblər.

D.Tramp isə öz növbəsində sazişlə bağlı yekun qərarını bu həftə açıqlayacağını bildirib və KİV-lərdə yayılan informasiya qərarın artıq verilməsindən xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button