2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp Fələstində Mahmud Abbasla görüşdü

ABŞ prezidenti Donald Trump İsrail və Fələstin arasında sülhün əldə edilməsi üçün “hər şey” edəcəyini bildirib.
Mahmud Abbasla görüşündə Trump Fələstin liderinin terrorla mübarizə aparmağa hazır olmasından məmnun olduğunu deyib.
Artıq üç ildir ki, İsrail və Fələstin arasında birbaşa danışıqlar yoxdur və Trump iki tərəf arasında potensial razılığın “ən çətin razılıqlardan biri” olduğunu etiraf edib.
Bu, ABŞ prezidentinin Orta Şərqə səfərinin sonuncu günüdür.
Lakin həm Qərb Sahilində, həm də Qəzzada fələstinlilər prezident Trump-ın səfərinə qarşı etiraz aksiyaları keçiriblər.
Bazar ertəsi günü cənab Trump ABŞ və İsrail əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Prezident Trump Abbasla görüşdüyü Betləhəm şəhərinə “ümidlə” gəldiyini deyib.
“Mən israillilər və fələstinlilər arasında sülh müqaviləsinin əldə edilməsinə çalışacam” – o deyib – “Və mən onlara bu hədəfi əldə etməyə əlimdən gələni etmək niyyətindəyəm”.
“Mən bu liderlərlə sülh uğrunda birgə işləməyə məmnunam”, Trump vurğulayıb.
Abbas prezident Trump-ın “nəcib və mümkün missiyasını” müsbət qarşıladığını və sülh uğrunda səylərdə onun həmkarı olmağa hazır olduğunu deyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button